Türkiyədə Xocalı şəhidləri üçün abidə ucaldılacaq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyədə Xocalı şəhidləri üçün abidə ucaldılacaq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Türkiyədə Xocalı şəhidləri üçün abidə ucaldılacaq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Türkiyədə Xocalı şəhidləri üçün abidə ucaldılacaq
 
 
Müəllif: Carchi | 7 May 2010 | 12213 dəfə oxunub
http://zeka.az/474-tgrkiyjdj-xocald-ejhidljri-gggn-abidj-ucalddlacaq.html

Türkiyədə Xocalı şəhidləri üçün abidə ucaldılacaq

Məqsəd Azərbaycana dəstək, Ermənistana isə etiraz bildirməkdir

Türkiyənin Uşak şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılacaq. Bunun üçün hazırladıqları təklif müzakirə etmək üçün hüquq komissiyasına göndərdiklərini deyən Uşak bələdiyyə sədrinin müavini Ömər Oqtay Akarca məqsədlərinin Azərbaycana dəstək, Ermənistana etiraz olduğunu bildirib.

Bir müddət əvvəl Azərbaycan və Ağrı vilayətindən gələn bir qrup gəncin bu istiqamətdə tələbləri olduğunu bildirən Akarca Xocalıda baş verənlərə laqeyd qalmayacaqlarını deyib: “Xocalıda baş verənlərə laqeyd qalmağımız mümkün deyil. Bələdiyyə məclisində qrupu olan 3 partiyanın da bu təklifə dəstək verəcəyini ümid edirəm”.

Abidənin şəhər mərkəzindəki “Atatürk” parkında ucaldılacağını deyən Ömər Oqtay Akarca Türk dünyasının heç bir şəkildə 3 milyon əhalisi olan Ermənistandan qorxmadığını və qorxmayacağını vurğulayıb.

Qeyd edək ki, bələdiyyə məclisinin üzvü olan siyasi partiyalar bu təklifə dəstək verəcəklərini və səs birliyi ilə qəbul edəcəklərini bildiriblər.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.