Bizi xəstəliklərdən qoruyan ay » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Təbabət » Bizi xəstəliklərdən qoruyan ay
 
 » Sağlamlıq » Təbabət » Bizi xəstəliklərdən qoruyan ay

     
 
Sağlamlıq » Təbabət: Bizi xəstəliklərdən qoruyan ay
 
 
Müəllif: Elmar | 22 Avqust 2009 | 12752 dəfə oxunub
http://zeka.az/48-bizi-x601st601likl601rd601n-qoruyan-ay.html
alt


Mübarək Ramazan ayının yaxınlaşması ilə əlaqədar oruc tutmağın tibbi nöqteyi-nəzərdən, kiçik bir hissəsini də olsa diqqətinizə çatdırmağı özümüzə borc bildik.

İnsan orqanizmində ən vacib sistemlərdən biri, deyərdim bəlkə də ən birincisi mədə-bağırsaq sistemidir. Bədənin digər orqanlarında baş berən xəstəliklərin bir çoxu bu sistemin qeyri-düzgün işləməsi nəticəsində yaranır. Uzun müddət yüksək kalorili yeməklər, həddindən çox qidalanma, az hərəkətlilik və s. orqanlarda geriyədönməz dəyişikliklər yaradır və həmin orqanın xəstələnməsinə səbəb olur. Məhz çoxlu miqdarda yağlı yeməklər qəbul etdikdə qanda yağların (lipidlərin) miqdarı normadan artıq olur. Həmin yag turşuları müddət keçdikcə damarların daxili divarına çökməyə başlayır. Orqanizmin hər yerinə (hüceyrələrə) normal qan çatdırmaq ücün damarlar elastik vəziyyətdə olmalıdır ki, lazım olduqda genişlənib həmin nahiyyənin qan təminatını yaxşılaşdırsın və ya əksinə. Damar divarına çökmüş yağlar getdikcə çoxalaraq ləkələr əmələ gətirirlər. Buna paralel olaraq qandakı Ca (calsium) həmin ləkələrin üzərinə çökür və bərkimiş düyünlər əmələ gəlir. Bu sanki, çaydanın içərisindəki ərpə bənzəyir. Bunun nəticəsində qanın hərəkəti ləngiyir və orqanların qan təchizatı pozulur. Düyünlər ürək və beyin damarlarında daha çox təsadüf olunur. Nəticədə belə insanlarda insult (beyinə qan sızma), miokard infarktı baş verir.

İndi isə Mübarək Ramazan ayı oruc tutulan zaman insan orqanizmində nəyin baş verdiyinə nəzər salaq: Az qidalanma ilə əlaqədar olaraq orqanizm özünə lazım olan yağları onda artıq miqdarda toplanmış yerlərdən alaraq istifadə edir. Bu zaman damarların divarı belə ləkələrdən azad olur. Təsəvvür edin, bu hər il baş verirsə deməli, gostərilən xəstəliklərin əmələ gəlmə prossesi baş tutmur və ya ləngiyir. Peyğəmbərimizin (s): Süfrədən tam doymadan, gözun süfrədə qalaraq durmalısan - sözlərinə də diqqət yetirsək, o zaman insan həyatı boyu bu xəstəliklərlə üzləşməz. Onu da qeyd edim ki, Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə xəstəlikdən ölənlərin içərisində ürək xəstəlikləri birinci yeri tutur.

Yuxarıda göstərilənlər oruc tutmanın fəzilətlərindən bir damla idi. Ramazan ayında oruc tutub ruhən və cismən sağlam olun! Allah sizi qorusun!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 3
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.