Sokrat (davamı) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Sokrat (davamı)
 
 » Elm və mədəniyyət » Dahilər » Sokrat (davamı)

     
 
Elm və mədəniyyət » Dahilər: Sokrat (davamı)
 
 
Müəllif: Zaur | 10 May 2010 | 12782 dəfə oxunub
http://zeka.az/480-sokrat-davamd.html


Sokrat (davamı)

 

   Heç də təəccüblü deyildir ki, fikir və düşüncənin olmadığı yerdə həmişə xaos mövcuddur. Kütlə tələskənlik və nadanlıq içərisində qərar qəbul edir ki, sonradan asudəlik və tənhalıq şəraitində peşiman olsun. Sadəcə sayın (yəni kəmiyyətin) bir hikmət verə biləcəyini güman etmək xurafat deyilmi? Əksinə, hər yerdə göründüyü kimi, insanlar ayrılıqda və yalnızlıqda olduqları zaman daha axmaq, daha vəhşi və daha qəddar olurlar. İnsanların natiqlər tərəfindən idarə olunması onlar üçün utandırıcı deyilmi?! Dövlətin idarə olunması elə bir işdir ki, bunun  üçün heç də hamı kifayət qədər ağıllı deyildir. Bu iş ən parlaq zəkaların intəhasız fəaliyyətini tələb edir. Cəmiyyət onun ən müdrik adamları tərəfindən idarə olunmaqdan başqa bir yolla xilas edilə bilərmi?!

    Sonra Afinada acı və ölüm qoxulu inqilab baş verdi və insanlar onun lehinə və əleyhinə vuruşdular. Axır ki, demokratiya uddu və bu Sokratın taleyini həll etdi: o, qiyamçı partiyanın intellektual lideri idi, inqilab zamanı siyasi hadisələrə aktiv müdaxilə etmişdi. İnqilabdan sonra nifrətlə damğalanan aristokratik fəlsəfənin mənbəyi idi. O fəlsəfə ilə bihuş olan gənclərin müəllimi idi. Anit və Melet belə bir təklif irəli sürdü: “ Artıq elə bir zaman gəldi ki, Sokrat ölsə daha yaxşı olar.” Hekayətin ardını isə bütün dünya bilir. Onu məhkəməyə çıxarırlar və fəlsəfənin ilk əzabkeşi məhkəmədəki çıxışında azad fikrin zəruriliyini bəyanlamaqla, bütün ölkə qarşısında öz baxışlarına bəraət qazandırır. Məhkəmədə Sokrat həmişə nifrət etdiyi kütlədən üzr istəməkdən imtina edir. Kütlə onu bağışlamaq səlahiyyətinə malik idi; o isə kütləyə belə bir xahişlə müracət etməyi özü üçün əskiklik saydı. Bu onun nəzəriyyələrinin bir qədər qəribə şəkildə də olsa, təsdiqi idi. Hakimlər onu azad etmək istəyirdilər, lakin kütlə onun ölümünə səs verdi. O tanrıları inkar etmirdimi?! Yazıqdır o kəs ki, insanları öyrənə biləcəklərindən daha sürətlə öyrədir.

     Beləliklə, qərara gəlindi ki, Sokrat zəhərlənmə yolu ilə öldürülsün. Lakin o, məhkəmədən sonra bir müddət həbsxanada saxlanıldı. Onun dostları həbsxanaya gəldilər və ona qaçmaq üçün asan yol təklif etdilər. Onlar Sokratla azadlıq arasında duran bütün rəsmiləri rüşvətlə ələ almışdılar. Sokrat imtina etdi. Bu hadisənin baş verdiyi il – b. e. əvvəl 399-cu ildə artıq onun yetmiş yaşı vardı. O, bəlkə də düşünürdü ki, onun əcəli gəlib çatıb, ölmək üçün indikindən daha əlverişli bir məqam bundan sonra daha heç vaxt olmayacaq. O öz qəmgin dostlarına dedi: “ Özünüzü tox tutun və bilin ki, siz yalnız mənim bədənimi dəfn edirsiniz ”. Dünya ədəbiyyatının ən möhtəşəm parçalarından birində Platon belə yazırdı: “ Biz dərd içində boğulurduq. O bizə atalıq etmişdi, biz ata itkisinin kədərini hiss edirdik və biz həyatımızın qalan hissəsini onsuz bir yetim kimi yaşamalıydıq...”

Uill Dürant

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.