Nuhun gəmisi Avropada » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Nuhun gəmisi Avropada
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Nuhun gəmisi Avropada

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Nuhun gəmisi Avropada
 
 
Müəllif: Carchi | 10 May 2010 | 12418 dəfə oxunub
http://zeka.az/481-nuhun-gjmisi-avropada.html

Nuhun gəmisi Avropada

Ağrı dağından tapılan qalıqlar Hollandiyada nümayiş etdiriləcək

Türkiyədə yerləşən Ağrı dağından tapılan və Nuh peyğəmbərin gəmisinin qalıqları olduğu bildirilən tapıntılar Avropada nümayiş etdiriləcək. Gəminin qalırlarının Hollandiyada mayın 11-də keçiriləcək mətbuat konfransında ictimaiyyətə təqdim ediləcəyi nəzərdə tutulub.

Ağrı bölgəsinin mədəniyyət və turizm idarəsinin müdiri Muhsin Buludun sözlərinə görə, Nuh peyğəmbərin gəmisi insanları ən çox maraqlandıran əfsanələrdəndir. Bu səbəbdən də onların dünya ictimaiyyətinə nümayiş etdirilməsi çox önəmlidir.

"Səbrli olmalıyıq. Hələlik, bunlar ancaq tapıntıdır. Onlarla bağlı məlumatlar oktyabr ayında qətiləşəcək. Hər nə olursa olsun, bu qalıqlar çox önəmlidir. Çünki onların ən azı 4 min illik tarixi var", deyə M. Bulud əıavə edib.

Qeyd edək ki, aprel ayında bir qrup türkiyəli və çinli alim Nuh peyğəmbərin gəmisinin qalıqlsrını tapdıqlarını elan etmişdilər. Tədqiqat qrupunun üzvlərindən biri Yanq Vinq Çınqin sözlərinə görə, qalıqlar Ağrı dağının təqribən 4 min metr hündürlüyündə yerləşən zirvədən tapılıb. Taxta parçalarından ibarət qalıqların 4 min 800 il əvvəllə aid olduğu hesab edilir. Y. V. Çınq tapılan parçaların Nuh peyğəmbərin gəmisinə aid olmasına 99 faiz əmindir. O, bildirib ki, qalıqlar gəminin içərisində müxtəlif növ heyvanları saxlamaq üçün bölmələr olduğuna işarə edir.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.