Bizi şəfaət edərsənmi ya Zəhra? » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Bizi şəfaət edərsənmi ya Zəhra?
 
 » Din » Əxlaq » Bizi şəfaət edərsənmi ya Zəhra?

     
 
Din » Əxlaq: Bizi şəfaət edərsənmi ya Zəhra?
 
 
Müəllif: Abdullah | 17 Aprel 2011 | 12870 dəfə oxunub
http://zeka.az/482-bizi-ejfajt-edjrsjnmi-ya-zjhra.html

Bizi  şəfaət edərsənmi ya Zəhra?

Allah rəsulu buyurub: Həqiqətən,  Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir, onu şad edən məni də şad edir.

                            Əmali Şeyx Səduq, səh 394, hədis 28.

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir müqəddəs ailəyə borcludur. O ailə ki, bütün kainat onların qarşısında baş əyib təzim edir. Mələklər onlara qibtə edir, Cəbrail (ə. s) onların məclisinə kirmək üçün izn istəyir. O ailə ki, İlahi nemətlər təcəssümü Allahın cəlal və camal sifətlərinin aynasıdır. O ailənin başçısı həzrət Muhəmməd (ə. s) aləmlərə rəhmət olub, dünyanı cəhalətdən qurtardı, insanlığın nə olduğunu bəşəriyyətə tanıtdırmaqda əlindən gələni əsirgəmədi. Eyni zamanda ondan dünyaya elə bir varlıq doğdu ki, əgər mələklər o varlıqdan  xəbərdar olsaydılar Allah insanı yaradanda o zaman “İlahi nə üçün insan yaradırsan?” – deyə sualını verməzdilər.

O varlıq xanım Fatimə (ə. s)-dır. Həzrət Fatimə nübuvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. O, elə bir şəxsiyyət idi ki, Peyğəmbərin  (ə.s) cənnət yadına düşəndə Onu çağırıb behiştin qoxusunu ondan alar, onun qəzəblənməsi  Allahı qəzəbləndirər, sevincinə Allah və mələklər şərik olardı. O xanım atası Peyğəmbər (ə. s) ilə şəhərin cəhalət dolu küçələrində küfr, xəyanət  və əziyyətlərlə dolu Məscidul-Həramda addım-addım böyüyüb irəliləyən bir xanım, atasının mübarək alnından qan damlaları töküldüyü vaxt balaca əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edən, şirin sözlərilə atasına təsəlli verən bir xanım idi. Həzrəti Fatimə (ə. s) öz məhəbbətilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət verən yeganə insan idi. Elə buna görə də atası onun haqqında belə buyurmuşdu: ”Atası Fatiməyə fəda olsun”  və ona “Atasının anası” ləqəbini vermişdi. Çünki o, atasına bir ana kimi qayğı göstərirdi. O  xanıma ailə qurmaq üçün Allahdan yeganə məsləhət Əli (ə.s)  idi ki, o Əli elm şəhərinin qapısı, məzlumların havadarı, zalımların qatı düşməni idi. Dünyaya gətirdiyi övladlar son anlarınadək öz ilahi əməllərilə bəşəriyyəti heyran qoyub, bu gün də dünya onların bərəkəti sayəsində yaşayır. Amma çox keçmədi ki, belə bir qadına, belə bir anaya  xaincəsinə qıydılar. Evinə hücum çəkib, qapısını yandırıb, bətnindəki övladını öldürdülər – zaımcasına o xanımı şəhadətə yetirdilər. Kimlər?      

Zalımlar,kafirlər və cahillər!  Bu tarixi olaylardan 14 əsr  keçməsinə baxmayaraq, Xanım Fatimeyi-Zəhra (ə.s)-a edilən zülmlər hələ də davam etməkdədir. O zaman Xanımın evinə hücum çəkənlər bu gün o xanımın adını daşıyan məscidə hucum etməklə Allahın qəzəbinə səbəb olub İlahi bəlanın gəlməsinə şərait yaradırlar. Onun qapısına od vurub yandıran, evini viranə edənlər  bu gün onun məscidini viranə edib sökmək istəyirlər. O zaman Zəhra sevənlər işgəncələrə məruz qalırdılarsa, bu gün Zəhra şəfaətinə ümid edənlər tutulur  və təqiblərə məruz qalırlar. Dünyaya gələn gündən əziyyətlərlə qarşılaşan, əzabla şəhadətə çatıb atasından 3 ay sonra Allah rəsuluna qovuşan, şərif qəbri belə gizli qalan xanım. O xanım ki, çəkdiyi əziyyət sonunda şirinlik və ləzzət gətirəcək. O əziyyət ki, bir gün onun haqq-hesabı çəkiləcək, zülm edən zalımlar bunun hesabını ödəyəcək. Həqiqətən bunda bir hikmət vardır. Nədir görəsən bu hikmət  ya Zəhra? Ya Zəhra bilirik ki, sən bu olaylardan xəbərsiz deyilsən, əgər xəbərsiz olsaydın şəhadətə çatan zaman qəbrinin gizli qalmasını vəsiyyət etməzdin. Əgər şərif qəbrin aşkar olsaydı  sənin məzarına da hücum edib onu da viran edərdilər. Sənin müdafiənin bizlərə ağır olmasına və səni layiqincə müdafiə edə bilməməyimizə baxmayaraq ,  sən bizləri şəfaət edərsənmi? Ya Zəhra! Sən sənə zulm edənləri, məscidini xaraba edənləri bağışlayarsanmı? Biz sənin şəfaətinə layiq olmasaq da, ümidimiz sənin şəfaətinədir. Sən bizləri bagışla Ya Zəhra!

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.