Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər
 
 
Müəllif: Carchi | 12 May 2010 | 12197 dəfə oxunub
http://zeka.az/483-mjhjmmjd-peydjmbjri-tjhqir-edjn-rjssamd-dgydgljr.html

Məhəmməd peyğəmbəri təhqir edən rəssamı döydülər

Lars Vilksə universitetdəki mühazirəsi zamanı hücum olub

Məhəmməd peyğəmbəri (ə.s.) təhqir edən isveçli rəssam-karikaturaçı Lars Vilksə hücum olub. İnsident onun Uaasala universitetindəki mühazirəsi zamanı baş verib. Lars Vilksin başından vurublar.

Polisin məlumatına görə, mühazirənin əvvəlində iştirakçılardan beş nəfəri yüksək səslə etiraz bildirməyə başlayıblar. Sonra onlar susublar və mühazirə davam etdirilib. Lars Vilks auditoriyaya İslam dini və homoseksualizm barədə videofilm nümayiş etdirməyə başlayanda isə təxminən 20 iştirakçı ona hücum edib. Nəticədə müharizə yarımçıq qalıb. Polis dinləyiciləri auditoriyadan çıxarıb. Rəssama hücum edənlərdən 2 nəfəri saxlanılıb.

2007-ci ildə İsveçin “Nerikes Allehanda” qəzetində Məhəmməd peyğəmbərin (ə.s.) dərcindən sonra Lars Vilks beynəlxalq qalmaqalın mərkəzində olub. Karikatura bəzi müsəlman ölkələrinin (İran, Misir, Pakistan daxil olmaqla ) hökumətləri, İslam Konfransı Təşkilatı və İsveçdəki müsəlman təşkilatları tərəfindən pislənilib. Bu qalmaqaldan sonra rəssam polis mühafizəsi altında yaşayıb. “Əl Qaidə”nın onu öldürənə 150 min dollar mükafat vəd etdiyi də bildirilirdi. Bu il martın 9-da İrlandiya polisi Lars Vilksə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən 7 müsəlmanı həbs edib. Sonradan onlardan 5-i azadlığa buraxılıb. Pensilvaniya sakini, “Cihad Ceyn” kimi tanınan Kollin Larouz isə hələ də həbsdədir. Əgər onun günahı sübut edilsə, Avropa və Cənubi Asiyada terror aktlarının təşkilinə görə ömürlük azadlıqdan məhrum edilə və 1 milyon dollar məbləğində cərimə oluna bilər. Onun rəfiqəsi, Amerika hüquq-mühafizə orqanlarına könüllü təslim olan Ceymi Polin-Ramires də həbsdədir.






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 14
Robot: 1
Qonaq: 13
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.