İnkişaf sahələri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 4-ü, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişaf sahələri
 
 » Sağlamlıq » Psixologiya » İnkişaf sahələri

     
 
Sağlamlıq » Psixologiya: İnkişaf sahələri
 
 
Müəllif: Zaur | 13 May 2010 | 12648 dəfə oxunub
http://zeka.az/484-dnkieaf-sahjljri.html

İnkişaf sahələri

Qavrayış və ya dərketmə inkişafı: Dərketmənin, yəni varlığı qavramanın müxtəlif sahələri vardır: dil öyrənmə, idrak, yaddaş. Övladlar böyüdükcə onların fikirlərinin də cisimləri kimi dəyişdiyini bəzi valideynlər qəbul etsələr də, bunu anlamaqda çətinlik çəkirlər. Suisli psixoloq Jean Piaget (1896-1980) uşaqların qavrayış məsələsi ilə əlaqədar çox dəqiq araşdırma aparmış və uzun mübahisələrdən sonra uşaqların ətraf mühitlə tanışlığının və təfəkkür qüvvəsinin keyfiyyətinə dair nəzəriyyə irəli sürmüşdür. O bəyan etmişdir ki, uşaqların dəyişmə dövrü müəyyən mərhələlərdən keçir.

    Ömrün ilk iki ili rəftarların məhz şərti reflekslər (hiss və hərəkət) üzrə baş baş verdiyi ildir. Bu dövrdə cümlə və məna haqqında heç bir anlayış mövcud olmur. Uşaq idrakının xarici aləmlə təması hərəkətlərlə hasil olur. Sonrakı dövrdə uşağın təfəkkürü əşyalarla bilavasitə tanışlıq əldə edir. Bu mərhələnin ilk yarım dövrəsində uşağın düşüncələri məntiqsiz olur, ikinci yarım dövrəsində isə onun düşüncəsinə zahiri məntiq, yəni pərdə önündə gördükləri hakim kəsilir. Nəhayət, yeniyetməlik dövrünün başlaması ilə tədricən yeniyetmədə təsəvvür yaddaşı formalaşır. Təsəvvür yaddaşı dedikdə məqsəd əşyaların zehni surəti ilə təfəkkür olunmasıdır, yəni yeniyetmə müqayisəli şəkildə düşünə bilir və ya sadə məsələlər vasitəsilə daha mürəkkəb məsələləri dərk edir. Beləlikə, müəllim, yaxud tərbiyəçi uşağın diqqətini cəzb edən məsələləri ortaya atmalı və bunların məhz yeniyetmənin özü tərəfindən həll edilməsinə şərait yaratmalıdır.

İctimai inkişaf: Ata-ananın körpə ilə rəftarı uşaqda ictimai inkişaf zəmini yaradan ilk mühərrik sayılır. Bu rəftarlar uşaqda çox uzun zaman öz psixoloji təsirini saxlayır. Uşağın təlim-tərbiyəsində ananın təmkinli və bacarıqlı olması çox müsbət nəticələr verər. Ata-ananın uşaqla düzgün rəftarı uşaqda düzgün rəftarın formalaşmasına və onun cəmiyyətlə düzgün rabitə qurmasına çox mühüm təsir qoyur. İmam Sadiq (salam olsun ona) insanları ictimai olmağa səslədikdən sonra bunun səbəbini belə açıqlayır: “Heç şübhəsiz , siz insanlara möhtacsınız. Kimə baxsan onun öz həyatında başqasına möhtac olduğunu görərsən”. Elə bu səbəbdən də uşağın düzgün ictimai əlaqələr qura bilməsini təmin etmək zəruridir.

Əxlaq inkişafı: Əgər biz müxtəlif yerlərdə müxtəlif insanlarla uşaqların rəftarını müşahidə etsək, bu rəftar arasındakı fərqdən heyrətə gələrik. Bəzi uşaqlar sakit, bəziləri isə hədsiz əsəbidirlər. Bəziləri kömək istəyən uşaqların köməyinə tələsir, bəziləri onları bacardığı qədər incidir. Bəziləri ziyanlarına da olsa, hətta danlansalar da belə həqiqəti deyir, bəziləri ancaq yalan quraşdırmaqla məşğuldur. Məktəbə getdikləri zaman imtahan əsnasında bəziləri köçürməyə can atır, bəziləri köçürmək imkanı olduğu halda öz bildiklərini yazmağa çalışır.

   Burad belə sual yaranır: – Bu uşaqların hər biri öz işləri haqqında nə düşünürlər? Hansı işlərin görülməsini zəruri hesab edir və hansı işləri görməməyi lazım bilirlər? Bu məsələ ilə əlaqədar olan qavrayışları nəyə əsaslanır? Əxlaqi normalardan birini pozduqda hansı hisləri keçirirlər?

   Bilmək lazımdır ki, büluğ həddinə çatdıqdan sonra yeniyetmədə əxlaq qanunlarının müsbət və mənfi tiplərinə bağlılıq formalaşır. Uşaqlıq dövrünün əxlaq inkişafı cavanlıq dövrünün əxlaq təməlini qoyur.

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (1) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (9 Avqust 2010 10:30)



Qrup: Qonaq
Tarix: --
azərbaycanlı ata-anaları təlimləndirmək üçün mütləq onlara xüsusi məktəb açılmalıdır, çünki onların əksəriyyəti öz övladlarının problemindən xəbərsizdir
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 4
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.