Kürdə daşqınların baş verməsinin səbəbləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Kürdə daşqınların baş verməsinin səbəbləri
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Kürdə daşqınların baş verməsinin səbəbləri

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Kürdə daşqınların baş verməsinin səbəbləri
 
 
Müəllif: Carchi | 13 May 2010 | 12308 dəfə oxunub
http://zeka.az/485-kgrdj-daeqdnlardn-bae-vermjsinin-sjbjbljri.html

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürdə daşqınların baş verməsinin səbəblərini açıqlayıb.

 “Kürdəki daşqınların əsas səbəbi çayın əsas məcrası olan Ana Kürün lillənib suyu dənizə buraxmamasıdır. Kür Xəzərə yalnız şimal-şərq qolu və ona paralel qazılan kanallar vasitəsilə tökülür.

Başqa sözlə, Kürə gələn su Kürdən çıxan sudan çoxdur. Ona görə də şişmə əmələ gəlir, səviyyə artmağa başlayır”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov deyib.

Onun sözlərinə görə, hələ fevralın 17-dən bolsululuq dövründə, yəni aprel-iyun aylarında yağışlar və qarın əriməsi nəticəsində Kür çayının mənsəbində bəndlərin hündürlüyünün artırılmasının zəruri olduğu barədə xəbərdarlıq edilib: “Aprel ayında qarın yağması nəticəsində dağlarda qar ehtiyatları normadan artıq oldu. Həm Azərbaycan, həm də Gürcüstanda leysan yağışlar da həddən artıq oldu. Bunun nəticəsində bizim iri su anbarlarına su çox gəldi. Bunun nəticəsində Araz su anbarında suyun səviyyəsi maksimal həddən (776 m) 36 sm yüksəkdir. Onlar həmin suyu aşağı buraxmalıdırlar. Mingəçevir su anbarında isə dünən suyun səviyyəsi 82,37 m olub. Başqa sözlə, maksimal səviyyəyə (83 m) çatmağa cəmi 63 sm qalıb. Bütün bunların nəticəsində Kür çayına çoxlu su gəlib, çayın isə su buraxma qabiliyyəti xeyli azalıb. Bunun nəticəsində bəndlər dözməyib və subasma halları baş verib”.

E. Sultanov deyib ki, vəziyyətdən əsas çıxış Kürün lilini təmizləmək üçün kompleks tədbirlər həyata keçirmək və sahilboyu qoruyucu bəndləri möhkəmləndirməkdir: “Ana Kür mütləq təmizlənməlidir. Hazırda Bankə qəsəbəsində suyun səviyyəsi dənizlə müqayisədə 2,5 metr yüksəkdir. Əgər lil təmizlənsə, su dənizə gedəcək. Əvvəllər Kürün məcrası lillə tutulmayana qədər saniyədə 2000 kub/metr su keçəndə də subasma halları baş vermirdi. Amma indiki halda məcranın suburaxma qabiliyyəti xeyli azaldığından saniyədə 1500-1700 kub/metr su keçəndə görün nə problemlər yaranır. Lilin təmizlənməsi xeyli çətin prosesdir. Ən azı 5-6 km əraziyə ekskavatorları töküb Kürün məcrasını mexaniki yollarla açmaq lazımdır. Bu xeyli böyük vəsait tələb edir”.

Mərkəzin direktoru deyib ki, Kür çayında baş verən daşqınlar Xəzər dənizinin səviyyəsinin artmasına hər hansı təsir etməyib. Xəzərin su balansının qorunmasında əsas rolu Volqa çayı oynayır. 1995-ci illə müqayisədə Xəzər dənizinin səviyyəsi əksinə, yarım metr aşağı enib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.