İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı
 
 
Müəllif: Carchi | 13 May 2010 | 12260 dəfə oxunub
http://zeka.az/486-dslam-dgnyasd-universitetljri-federasiyasdndn-5-ci-konfransd.html

İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı

Konfrans 3 gün davam edəcək

Bakıda İslam Dünyası Universitetləri Federasiyasının 5-ci konfransı işə başlayıb. Konfransda islam ölkələrinin təhsil müəssələri arasında əlaqələrin daha da möhkəmlənməsi əsas müzakirə mövzusu olub. 

İslam Dünyası Universitetləri federasiyasının Bakıda keçrilən  5-ci konfransında 160 ali məktəbin rəhbərləri iştirak edirdi. Federasiyanın isə ümumilikdə 53 ölkədən 241 üzvü var. Federasiyada Azərbaycan 3 universitetlə təmsil olunur.

Təhsil naziri Misir Mərdanov: “Azərbaycanın dünyada tanınmasında islam dünyası mıəktəbləri arasında sistemli əlaqənin qurulmasında, elmi tədqiqatların aparılmasında böyük əhəmiyyəti var.

Dövlət vəsaiti hesabına xaricdə təhsil almağa gedən tələbələrin bir qisminin islam ölkələrinin ali məktəblərinə göndərlmə ehtimalına gəlincə, əsasən Malaziya, Sinqapur, Türkiyəyə tələbələr göndəririk. Bu konfrans ona səbəb olacaq ki, biz İslam ölkələrinin universitetləri ilə tanış olacağıq və hökümətə siyahı təqdim edəndə həmin universitetlərin də adını sala bilərik”.

Islam ölkələrinin universitetləri arasında tələbə mübadiləsi və təhsilin səviyyəsinin dinamik  inkişaf etdirilməsi əsas məqsədlərdən hesab olunur.

İSESCO  Baş direktorunun müavini Hadi Azizadeh: Bu konfrans hər 3 ildən bir keçrilir. Əsas məqsəd 3 il müddətində görülən işlərlə bağlı hesabat verib müzakirələr aparmaqdır. 2010-2012-ci il üçün fəaliyyət proqramını təsdiq edəcəyik. Həmin proqramda təhsilin inkişaf istiqamətləri müəyyən olunacaq. Konfrans çərçivəsində gələcək əməkdaşlığın perespektivləri müəyyən ediləcək.

Qeyd edək ki, konfrans 3 gün  davam edəcək.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 3
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.