Vahid məktəbli forması: harada və neçəyə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Vahid məktəbli forması: harada və neçəyə
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Vahid məktəbli forması: harada və neçəyə

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Vahid məktəbli forması: harada və neçəyə
 
 
Müəllif: Carchi | 13 May 2010 | 12564 dəfə oxunub
http://zeka.az/487-vahid-mjktjbli-formasd-harada-vj-negjyj.html

Vahid məktəbli forması: harada və neçiyə

Zəminə Əlizadə: "Məktəbli formaları Bakı Tikiş Fabrikində tikilib, müvafiq satış mərkəzlərinə çıxarılaraq, 28 manat 50 qəpik dəyərində şagirdlərə təqdim olunacaq"

Azərbaycanda bir çox sahələrdə ciddi problemlərin olması haqqında mətbuat dəfələrlə geniş şəkildə yazılar dərc edib və ictimaiyyəti məlumatlandırıb. Heç şübhəsiz təhsil sistemindən də bu kimi narahat edici xəbərlər gəlməkdədir. Əslində kifayət qədər faktlar tapmaq olar ki, təhsilin gələcəyi barədə geniş və aydın görüntü yaratsın. Xatırladaq ki, sovetlər dönəmində dövlət hər mənada təhsil məsələsini öhdəsinə götürüb, bütün problemlərini həll edirdi. Müstəqillik dövründə isə dərs vasitələri ilə yanaşı, geyim problemi də ciddi narazılıqlara səbəb oldu. Onsuz da sosial çətinliklərin içində çabalayan əksər valideynlər, vahid geyim forması məsələsi ortaya çıxanda, ən azı yeganə çıxış yolu kimi uşaqları təhsildən uzaqlaşdırmaq qərarına gəlirlər.

Beləliklə, vahid məktəbli geyim forması tətbiq olunduqdan sonra bəzi işbaz məktəb direktorları və sinif rəhbərləri tərəfindən formalar baha qiymətə valideynlərə satılır. Bu ticarət hətta məcburi şəkildə aparılır. Redaksiyamıza daxil olan faktlara əsasən, məktəbli formasının hansı mexanizmlə satılmasını və qiymətini öyrənmək qərarına gəldik. Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən Z.Əliqızı bildirdi ki, vahid məktəbli forması təşəbbüsü 2007-ci ildə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən irəli sürülüb: “Həmin ilin avqust ayında Azərbaycanın bütün məktəblərində məktəbli formasının tətbiqi ilə əlaqədar təhsil naziri Misir Mərdanov əmr verib. Əmr imzalandığı gündən hər bir məktəbə öz məktəbi üçün geyim seçmək hüququ verilib. Ancaq məktəbli formasına keçid məcburi xarakter daşıyır. Hər bir məktəbin özünəməxsus şəkildə geyim seçmək hüququ olub”.

Z.Əliqızı qeyd etdi ki, keçən ildən etibarən biz daha yeni ideya ilə çıxış etdik: “Bakının bütün məktəblərində vahid formaya keçmək barədə qərar verildi. Bu qərara müvafiq olaraq, artıq Bakı Tikiş Fabrikində işlər başlayıb. 2010 və 2011-ci tədris ili üçün Bakının bütün məktəblərində 1-ci, 4-cü sinif şagirdləri vahid məktəbli formasına keçiriləcəklər. Nəzərdə tutulub ki, may ayından etibarən növbəti dörd ay ərzində hər rayonda satış mərkəzləri yaradılsın. Beləliklə, yaxın ərazidə yaşayan hər bir şagird valideynləri ilə birlikdə gedib öz ölçülərinə uyğun forma alacaq. Bütün ölçülərə uyğun olaraq qiymət 28 manat 50 qəpikdir. Bu qiymətin dəyərində bütün məktəblilər 1-ci, 4-cü sinif şagirdləri eyni forma geyinəcəklər. Gələn tədris ilindən isə, yəni 2011 və 2012-ci ildən etibarən Bakının bütün sinif şagirdlərinə bu qayda şamil ediləcək. Bu il sadəcə, texniki baxımdan çatdıra bilmədik.

Bu formalar Bakı Tikiş Fabrikində tikilir və təyin olunmuş satış mərkəzlərində satışa çıxarılır. Heç bir məktəbin direktoru bu məsələlərə müdaxilə edə bilməz. Əgər belə faktlar olarsa, zəhmət olmasa bizə bildirin. Çünki, BŞTİ-nın qərarı var; Bakının bütün məktəblərində şagirdlər müəyyənləşmiş məktəbli forması geyinməlidirlər. O geyimlər də yalnız satış mərkəzlərində satışa çıxarılacaq. Drektorlar və müəllimlər sadəcə, satış mərkəzlərinin ünvanlarını valideynlərə deyə bilərlər”.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.