Şeyx Bəhaəddin Amili. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Bəhaəddin Amili.
 
 » Elm və mədəniyyət » Dahilər » Şeyx Bəhaəddin Amili.

     
 
Elm və mədəniyyət » Dahilər: Şeyx Bəhaəddin Amili.
 
 
Müəllif: Zaur | 28 Avqust 2009 | 14034 dəfə oxunub
http://zeka.az/49-350eyx-b601ha601ddin-amili.html

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

 

Bu şəxs Tanrının bəşəriyyətə bəxş elədiyi ən məşhur və ensiklopedik biliklərə malik şəxsiyyətlərdən biridir. İsfahan şəhərində iki qeyri adi tikili son dörd əsrdə hamını heyran qoyub. Bir şamla suyu qızdırılan hamam və Tərpənən minarəli məqbərə. Hamımız eşitdiyimiz bu memarlıq abidələrinin müəllifi yuxarıda adı çəkilən şəxsdir.

Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bələbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur).

O, ilk təhsilini valideynlərindən, habelə Bələbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt  yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Ğəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhidi Əvvəl, Şəhidi Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir.

İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü.

O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər. Şeyx Bəhai tarixdə ədib, fəqih, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır. O, cəbr, həndəsə, astranomiyanı Molla Əli Müzəhhəbdən, İbn Sinanın “Qanun” kitabından isə (tibb elmi) Həkimud-din Mahmud adlı alimin yanında dərs almışdır. Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir.

Bir qədər sonra Şeyx Bəhai dünya və onun məqam və dövlətinə arxa çevirib bir növ tərkidünyalığa qapandı. Üzünü tutdu Mədinədə Peyğəmbərin (s) məqbərəsini də ziyarət etdi. Bundan sonra səyahətə başladı. Otuz ilə qədər səyahətlərdə oldu. Misiri, Suriyanı, Hicazı, İraqı, Fələstini, Əfqanıstanı, şəhərlərdən isə Qumu, Məşhədi, Girmanşahı, Heratı, Təbrizi, Gəncəni gəzdi dolaşdı. Çoxlu alimlərlə görüşdü, dərs aldı, kitablar yazdı. Nəhayət, İsfahan şəhərinə qayıdıb ömrünün sonuna kimi orada məskunlaşdı. Hər yerdən elm təşnələri və alimlər onun elm dəryasından bəhrələnməyə tələsdilər.

O, elə bir əxlaqi-kəriməyə sahib idi ki, əgər dəryaların duzlu sularına qarışsaydı, onu şirin suya çevirərdi. Şeyx çox əzəmətli, kəramətli və bəxşişli bir kişi idi. Geniş evi qərib və yetimlərin pənahı idi. Möhtaclar hər yandan onun evinə müraciət edər və heç vaxt əliboş qayıtmazdılar. Belə maddi rifah içərisində olan Şeyx həqiqi təqva, zöhd və tərkidünyalığın mücəssəməsi idi.

Həmçinin Şeyxin müxtəlif elmlərdən bəhs edən xeyli əsəri mövcuddur, o cümlədən.

1. “Əsrarul-Bəlağə”.

2. “Ustürlab”yaxud “Səhifə”. Bu əsər astranomiyaya aiddir.

3. “Bəhrul-hesab”. Riaziyyata aiddir.

4. “Təşrihul-əflak” (astranomiya barəsində). Bu kitab Hindistan və İranda çap olunmuşdur.

5. “Cameyi-Əbbasi” - fiqh və şəriət məsələlərindən bəhs edir.

6. “Cəhatül-qiblə”.

7. “Xülasətül-hesab” - bu əsər cəbr və həndəsə elmlərinə aiddir.

8. “Risalətun fi mərifətul-qiblə”.

9. “Şərh Ərbəin” ya “Ərbəin Bəhai”.

10. “Fəvadius-Səmədiyyə” - ərəb dilinin qramatikasından bəhs edir. Şeyx bu kitabı, qardaşı Əbdüs-Səmədə ithaf edərək yazmışdır. Bu kitab hal-hazırda mədrəsələrdə tədris olunur.

11. “Kəşkül” - müxtəlif tərbiyəvi və s. mövzular haqqındadır.

12. “Eynul-həyat” - Quranın şərhi və təfsiri haqqındadır.

13. “Falnamə”.

14. “Risalə dər kurəviyyəti zəmin”.

15. “Həll-hurufil-Quran” və s. əsərlərini göstərmək olar. Mühəqqiqlər şeyxin 95 cildə qədər kitabını qeyd ediblər.

Şeyxin Seyid Hüseyn adlı bir şagirdi yazır:” Bizim ustadımız, zəmanənin ən əfzəli, bəzi elmlərdə isə (çox ehtimal ki, sirli elmlərə işarədir) öz əsrinin və özündən qabaqkıların arasında misilsiz bir alim idi ki, heç kəs o elmlərə vaqif olmamışdı. Habelə, Şeyx təsəvvüfə (irfana) da çox təmayülü vardı. Münazirə və elmi mübahisələrdə çox insaflı adam idi. Mən 40 il onunla birgə oldum... Hətta Şah Abbas İsfahandan piyada Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedəndə də mən Şeyxin yanındaydım”.

Əvvəldə qeyd olundu ki, Şeyx, çox məharətli mühəndis olub, onun inşa etdiyi  bir şamla suyu qızdırılan məşhur İsfahan hamamının hələ də sirri açılmayıb. Maraqlı burasıdır ki, bir çox yerlərdə, o cümlədən Azərbaycanda, Gəncə şəhərində Qoşa minarəli Şah abbas məscidi və yanındakı hamam da Şeyx Bəhaəddin dühasının məhsuludur. Bu məscid barədə “Lüğətnameyi-Dehxoda” kitabının 12-ci cildində belə məlumat verilir: “Gəncədə böyük abidlər, o cümlədən Bürclər, Cameə məscidi, Şah Abbas karvansarası və başqa abidələr gözə dəyir. Cameə məscidi birinci Şah Abbasın tikdirdiyi binalardan biri olub, memarı isə Şeyx Bəhaidir. Bu məscid hicri-qəməri tarixi ilə 1015-ci ildə inşa edilmişdir”. Bakı Dövlət Universitetinin professoru M.Məmmədov bu məscid haqqında belə yazır: “Gəncədə olan Cümə məscidinin memarı Şeyx Bəhaəddindir ki, bir şamla qızdırılan məşhur şərq hamamını inşa etmişdir. Astronomiya baxımından möcüzə sayılan məsciddə olan kərpiclər çox qəribə bir xüsusiyyətə malikdir.  Belə ki, fəsillərdən asılı olmayaraq saat 13:00-da  günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi  müşaidə edilir. Bu möcüzəni əyani görmək üçün keçmişdə Avropa ölkələrindən buraya faytonla gəlmişlər. Məscidin digər möcüzəsi də odur ki, Şeyx Bəhaəddinin quraşdırdığı soba, bütün məscidi qızdırmaqdadır. Həmçinin yaxınlıqda olan hamam da çox qəribə isitmə sisteminə malikdir. Qazanxanadan borular hamamın döşəmələrinin altından keçib krantlara gəlir. Bu ona görədir ki, həm hamamın döşəməsi isti olur, həm də suyu soyutmaq (çimmək) üçün lazım gəlmir.   

Şeyxin müsəlmanlara göstərdiyi xidmətlər əvəzsizdir. O, tikdiyi abidələr, yazdığı kıtablardan əlavə İslam aləminə elm korifeyləri olan Molla Sədra Şirazi, Molla Möhsün Feyz Kaşani və Məhəmməd Təqi Məclisi kimi böyük filosof, mühəndis və fəqihlər yetişdirmişdir.

Ümumiyyətlə Şeyx Bəhainin həyatını mütaliə edəndə, Tanrının o cənaba etdiyi inayət və lütflərin böyüklüyü və hesaba gəlmədiyi insanı heyrətə salir. Ona əta olan nemətlərin hərəsi bir insanın həyatını dəyişə və xoşbəxtliyə çatdıra bilərdi. Müxtəlif sahələrə aid elm və bilgilərə yiyələnərək usdadlıq dərəcəsinə çatıb bəzilərində isə əsrinin yeganəsinə cevrilmişdir. İrfani və zahidlik məqamı, dünya zər-zibasına etinasızlıq onu Tanrının ən uca qürb dərəcəsinə yüksəltmişdir.

Onun İmam Əli (ə)-a və pak İmamlara (ə) sonsuz ehtiram və məhəbbəti  vardı. Çoxlu sayda kitabları, dəyərli yetişdirmələri, saysız-hesabsız insanları Əhli-Beyt xəttinə irşad etmək də ona məxsus idi.

Hesaba gəlməz maddi və mənəvi nemətlərə malik idi. Süfrəsindən yetimlər, fəqirlər faydalanırdı. Məhrum və kasıb təbəqəyə həmişə onun diqqət mərkəzində idi.

Ona əta olan neymətlərdən biridə də alim, əməlisaleh, ləyaqətli bir həyat  yoldaşının olması idi. Bu xanımın adı Mühəddisə idi. O, məhşur alim Şeyx Əli Minşarın qızı idi və ondan da dərs almışdı. Nəql edirlər ki, o qadın fiqh və hədis tədris edirdi və çoxlu sayda qadınlar onun elmindən bəhrələnmişdi.

Atasından o qadına dörd minə qədər kitab qalmışdı. Şeyx Bəhainin möhtərəm atasına gəldikdə isə bunu demək olar ki, o cənab dahi din alimi Şəhidi Saninin tələbəsi və həqiqi mənada sirdaşı olmuşdur. Elmdə böyük dərəcələrə çatması səbəb oldu ki, Səfəvi şahı Təhmasib onu əvvəlcə Qəzvinə, sonra isə Herata Şeyxul-İslam təyin etsin. Şah onu Herata göndərdi, oranın valisi Əmir Şahquluya tapşırdı ki, ona tam mənada tabe olsun, ona heç kim müxalif olmasın. Namazdan sonra o cənabın mübarək xütbə və buyruqlarından bəhrələnmək üçün öz oğlu Sultan Məhəmməd Xudabəndənin isə cümələr məscidə aparsın.

Şeyxin atası bir neçə ildən sonra şah Təhmasibdən, öz oğlu ilə birlikdə həccə getməyə icazə istədi. Şah təkcə getməsinə razı oldu, oğlunu isə qalıb dini elminin tədrisi ilə məşğul olmasını məsləhət gördü.

O, həcci yerinə yetirib Bəhreyn tərəfdən geri dönəndə bir yuxu gördü. Yuxusundakı göstərişə əsasən Bəhreyndə məskunlaşdı və ömrünün sonunadək orada yaşadı və qəbri də Bəhreyndədir. Şeyx Bəhaəddin Amilini bərəkətli ömrü sona çatırdı. Qoca vaxtları idi. Vəfatına altı ay qalmışdı. Bir dəfə öz yaxın tələbələri ilə birgə (onların arasında dahi hədis alimi Əllamə Məclisi də vardı) İsfahanın qəbirstanlığına, qəbir-əhlini ziyarətə gedmişdi. Baba Rüknüddinin qəbrinin yanından keçdikdə qəbirdən bir səs eşitdi. Şeyx bu səs haqqında tələbələrindən soruşdu: - “Bir səs eşitdinizmi? “

Tələbələr heç bir səs eşitmədiklərini dedilər. Onlar Şeyxdən nə eşitdiyini sual etdikdə, buyurdu: - “Bu qəbirdən mənə nida gəldi - Ya Şeyx öz aqibətin haqqında fikirləş”. (Yəni ölümün yaxınlaşıb.) Bu hadisədən altı ay keçməmişdi ki, o, hicri-qəməri tarixi ilə 1030-cu ilin şəvvalın 12-də İsfahan şəhərində dünyasını dəyişdi. Onun pak cənazəsini Məşhəd şəhərinə apararaq İmam Rzanın (ə) hərəminin yaxınlığındakı evində dəfn etdilər. Hal-hazırda hərəmin sahəsi genişləndiyi üçün Şeyx Bəhaəddin Amilinin şərəfli məzarı hərəmin daxilində qərar tapıb və ziyarətə gələnlərin ehtiram yerinə və pirinə çevrilibdir.

 

 

Artıq deyildi ki, Şeyx Bəhaəddin Amili qeyri-adi elmlərdə (ülumi qəribə) misilsiz idi. Burada Şeyxin bu elmlərdəki qeyri-adi məharətlərindən bir neçəsini qeyd edirik.

 

alt

1-ci hekayə: Əllamə Süleyman Maxuri, möhtərəm alim seyyid Macid Bəhreyninin haqqında yazır: ”Seyyid Macid İsfahanda böyük əllamə Şeyx Bəhaəddinlə görüşür. Bu görüşdən Şeyx çox məmnun qalır. Görüşlərinin birində Şeyxin əlində İmam Hüseynin (ə) türbətindən (torpaq) düzəldilmiş təsbeh vardı. Təsbehə bir dua oxudu, dərhal təsbehin dənələrindən su axmağa başladı. Şeyx üzünü Macidiyə tutub soruşdu: “Bu su ilə dəstəmaz almaq caizdirmi? (olar?)”

Seyyid Macid dedi: ”Xeyr, çünki bu xəyali sudur, həqiqi deyil və bu su nə göydən yağış şəklində yağmışdır, nə də yerdən qaynayıb çıxmışdır”.

Şeyx Bəhaəddin onun cavabından razı qaldı və doğruluğunu təsdiqlədi.

 

 

alt

 

2-ci hekayə: Qütbəddin Əşkivari “Məhbubul-qulub” kitabında Şeyx Bəhaəddinin qardaşı Əbdüs-Səmədin dilindən nəql edir: ”Bir gün Şeyx Bəhaəddin Şah Abbas Səfəvi Hüseynin sarayına daxil oldu. Məclisdə Rum padşahının elçisi əyləşmişdi. Şeyx məclisə daxil olan kimi şah üzünü ona tutub dedi: -Şeyx, əyləşin! Bu Rum padşahının nümayəndəsidir, onun sözlərini diqqətlə dinləyin görək nə deyir.

Rum elçisi sözə başladı:

-Bizim ölkəmizdə qəribə elmləri bilən alimlər var. Onlar insanı heyrətə gətirən işlər görürlər.

Sonra o alimlərin bəzi qəribə işlərini nəql etməyə başladı və axırda irad tutdu ki, İran alimlərinin arasında belələri yoxdur.

Şeyx Bəhaəddin şahın Rum elçisinin sözlərindən çox pərişan olduğunu və təsirləndiyini görüb tez söhbətə qarışdı: -Bu şəxsin nəql etdiyi elmlər əslində həqiqi elm arasında elm hesab edilmir. Şahla söhbət edə-edə şeyx öz paltarının bir küncündən çəkib bir sap çıxartdı. O, sapı əlində qəribə şəkildə hərəkət etdirərək sapın bir başından tutub rumlu elçiyə tərəf getdi. Birdən sap çox qorxunc və vəhşətli bir ilana çevrildi. Bunu görcək, elçi və orada olanlar  qorxudan yerindən qalxıb qaçmağa hazırlaşdılar. Şah da böyük heyrətlə hadisələrə baxırdı.  

Şeyx Bəhaəddin bu halı gördükdə sapın başını özünə tərəf çəkdi. İlan yenidən sapa çevrildi. Sonra üzünü şaha tutub dedi: -Bu cür işlər bəsirət əhli arasında heç bir dəyərə malik deyil. Mən bu gözbağlayıcını bir neçə gün əvvəl İsfahan meydanlarının birində bir sehrbazdan öyrənmişəm. Bu işlər, sehrbazların avam camaatdan pul qoparmaq üçün çıxartdığı oyunlardı. Rum padşahının elçisi utandığından başını aşağı salmışdı. Şahın məclisində bu böyük alimlərin hüzurunda belə xurafat və hekayələri danışdığı üçün xəcalət çəkib peşiman oldu.

 

ŞEYX BƏHAİNİN BÖYÜKLÜYÜNƏ DƏLALƏT EDƏN HEKAYƏT:

Çin olan yuxu

 

Bu hekayət şeyxin ən dəyərli kitablarından olan “Miftahul-Fəllah” haqqındadır. Qütbəddin Əşkivəri “Məhbubul-qulub” kitabında İsfahanın baş qazisi və dəyərli alim olan Qazi Müəzzuddin Məhəmməddən bir hadisə nəql edir ki, o, buyurmuşdu:

-Gecələrin birində yuxuda gördüm ki, məsum imamlardan (ə) birinin hüzuruna getmişəm və mənə buyurdu: ”Miftahul-Fəllah” kitabını köçürt və orada yazılan əməlləri (göstərişləri) davamlı surətdə yerinə yetir”.

Yuxudan ayıldım. Nə qədər fikirləşdim, belə bir kitab adı yadıma sala bilmədim. Təhqiqata başladım. İsfahan alimlərindən o kitab haqqında soruşdum. Hamısı belə bir kitab adı eşitmədiklərini bildirdilər. Həmin günlərdə Şeyx Bəhai İranın vilayətlərindən birinə səfərə çıxmışdı, İsfahanda yox idi. Səfərdən qayıtdıqda hüzuruna gedib yuxuda gördüyüm kitab barəsində sual etdim. Dedi: -Mən bu səfər zamanı bir dua kitabı yazdım və onu “Miftahul-Fəllah” adlandırdım, lakin indiyə qədər onun adını heç kimə deməmiş və nüsxəsini kimsəyə verməmişdim.

Bu zaman gördüyüm yuxunu təfsilatı ilə şeyxə nəql etdim. Şeyx çox mütəəssir olub ağlamağa başladı. Sonra öz xətti ilə yazdığı o kitabı mənə verdi. Beləliklə, mən şeyxin öz xəttilə olan kitabın üzünü köçürən ilk şəxs oldum

 

                                                                          

 

                




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.