salam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » İstirahət » Poeziya » salam
 
 » İstirahət » Poeziya » salam

     
 
İstirahət » Poeziya: salam
 
 
Müəllif: Abdullah | 13 May 2010 | 12458 dəfə oxunub
http://zeka.az/490-salam.html

Salam

Salam olsun sənə, ey Fatimə, bir daha salam

Rəsuləllah qızı, paklar pakı, ey Zəhra salam.

 

Gər ki, derlər gözəl ad tək Cəlil Allaha salam

 Etginən Rəbbinə sən həmd, Rəsuləllaha salam.

Əhli-beytindən ona ilk qovuşan ruha salam

Rəsuləllah qızı, paklar pakı, ey Zəhra salam,

Salam olsun sənə, ey Fatimə, bir daha salam.

 

Gəldi dünyayə uşaq ay kimi ulduzlar içində

Nurdan ayrıldı o nur, parladı gündüzlər içində

Varmı bir qız verə Xaliq bu qədər qızlar içində

Varmı bir söz ona layiq bu qədər sözlər içində

Varsa gər sadəsi, həm şahı sözün, şaha salam.

 

Gəldi bəxt elçisi, haqq elçisinə ər Əlidir

Gəldi təqdiri-İlahi Həbibim, ver, Əlidir

Gəldi nur üstünə bir nur, bu gələn nur Əlidir

Cəmi möminlərə Mövla Əli, rəhbər Əlidir

O iki nura, müqəddəs cütə, nigaha salam.

 

İki nurdan iki nur doğdu, seyiddir, ağadır

Biri həzrət Hüseyn, biri də Həsən Müctəbadır

Gəldi bir gün ki, dil aciz deməyə, aşuradır

Ayrılıb baş o mübarək bədənindən, nə vidadır?

Kərbəladan yol alan başa,o səyyaha salam.

 

Ey şəhid oğlu şəhid, al qanı şərbət Hüseyn

Namaza, səcdəyə aşiq, suya həsrət Hüseyn

Anan gəlsin vayına, bilmir o həzrət Hüseyn

Səni görcək qopacaq onda müsibət Hüseyn

Titrədən ərşi o gün naləyə, sultana salam

 

Ey mübarək atanın pak qızı sultana tələsdin

Ey mübarək vücudun parcası, tez cana tələsdin

Qaldı sənsiz Əli tənha, niyə hicrana tələsdin?

Dözmədin ayrılığa, zülmə, o Rəhmana tələsdin

O müqəddəs hüzura, çox uca dərgaha salam

 

Salam olsun sənə, ey Fatimə, bir daha salam,

Rəsuləllah qızı, paklar pakı, ey Zəhra salam.

Altay Cəmil  

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.