Beyin – tohid dəlili » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Beyin – tohid dəlili
 
 » Din » Əqidə » Beyin – tohid dəlili

     
 
Din » Əqidə: Beyin – tohid dəlili
 
 
Müəllif: Zaur | 15 May 2010 | 12650 dəfə oxunub
http://zeka.az/491-beyin-v-tohid-djlili.html

Beyin – tohid dəlili

     İnsanın beyni onun ən sirli orqanlarından biridir və bu sirli kürəcik haqqında əldə etdiyimiz məlumat olduqca azdır. Bütün canlılar içərisində insan yegənə varlıqdır ki, “baş beyin” qüvvəsinin inkişafı nəticəsində düşünə bilir və bir məsələdən digərinə keçid alaraq saysız-hesabsız dəlillər gətirir, halbuki, digər canlılarda belə deyil. İstər hiss, istərsə də hərəkətlərin mərkəzi beyindir. Bədənin bütün hissələrində mövcud olan sinir sistemi daxili və xarici amillərin təsiri nəticəsində xaricdən aldığı hər bir məlumatı beyinə ötürür. Beş duyğu orqanı beyinin məlumat məmurları hesab edilir və öz əhatələrinə aid hər şeyi beyinə xəbər verirlər. Beyin adlı bu mərkəzin təhvil alma və ya qəbul etmə qüdrəti o qədər güclüdür ki, heç bir səhvə yol vermədən müxtəlif sahələrdən gələn məlumatları eyni anda qəbul edir və hər hər məlumat üçün lazım olan hökmü çıxarır. Məsələn, göz əşya və mənzərənin surətindən məlumat verdiyi anda qulaq da səsləri vestibulyar (eşitmə) siniri vasitəsilə xəbər verir. Beyinin yaddaş şöbəsi daha təəccüblüdür. İnsanın bütün xatirələri nizamlı şəkildə kiçicik bir yaddaş nöqtəsində toplanmışdır və bircə müraciətlə minlərcə sənəd içərisindən nəzər obyektində olan dosyeni öhdəmizə verir. Böyük bir kitabxananı beyninin kiçicik bir nöqtəsində yerləşdirən çox sayda alim buna ən gözəl nümunədir.

Elektron yaddaşla insan yaddaşı arasındakı müqayisə

      Elektron yaddaş heyrətamiz bir sənəd sayılır. Onu əldə edən hər hansı müəssisə yüzlərcə mühasibin iş funksiyasını yerinə yetirmiş olur. Yaxud bütün ölkə abituriyentlərinin imtahan vərəqlərini səhvə yol vermədən yoxlayır. Əgər müəyyən bir gəminin adını yazıb bu yaddaşa ötürsək qısa bir müddət ərzində həmin gəminin tam tutum və yanacaq miqdarını, hətta gəmi kapitanının adını, bir sözlə, bütün taktiki və texniki xüsusiyyətlərini çap edib hazır nüsxə şəklində əlimizə verəcək. Əgər bir adanın xəritəsini çəkmək əmrini versək, qüsursuz şəkildə və bir neçə nüsxədə təhvil verər.

   Bu qədər əcaib olan bu texnika, yalnız insan beyninin əvvəlcədən cavablandırmış olduğu sualların öhdəsindən gələ bilir. Bu texnika bütün üstünlüklərinə baxmayaraq, heç bir kəşf qüdrətinə malik deyil. Süni elektron beyninin əzəməti ixtira ocağı sayılan insan beyninin əzəməti qarşısında çox sönük görünür. Lakin bu texnika belə, bizə tohid haqqında dərs verir: Əgər bu süni beyinin alimə, mühəndisə, ixtiraçıya ehtiyacı varsa, necə ola bilər ki, insan beyni hikmətli Allaha ehtiyac duymasın?!    

Məlumatdan istifadə etdikdə istinad zəruridir!

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: müqəlid (3 Avqust 2011 20:17)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
Həqiqətəndə Allah tərəfindən nə yaradilibsa hikmət və nəzmnən yaradilib
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: muhammed ummeti (18 Oktyabr 2011 21:10)



Qrup: İstifadəçi
Tarix: 16.06.2011
Bismillahir Rehmanir Rehim.Allah razi olsun.Sizin xeberlerden istifade edirem yeni diger sayta yerleshdirirem hallaliq verersiz inshallah.
ICQ: yoxdur    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.