İlk xalq rəssamı – dahi Əzim Əzimzadənin vəfat günüdü » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İlk xalq rəssamı – dahi Əzim Əzimzadənin vəfat günüdü
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İlk xalq rəssamı – dahi Əzim Əzimzadənin vəfat günüdü

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İlk xalq rəssamı – dahi Əzim Əzimzadənin vəfat günüdü
 
 
Müəllif: Carchi | 15 May 2010 | 12616 dəfə oxunub
http://zeka.az/494-dlk-xalq-rjssamd-v-dahi-zhzim-zhzimzadjnin-vjfat-ggngdg.html

İlk xalq rəssamı – dahi Əzim Əzimzadənin vəfat günüdü

Deyerler.org: Əzim Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olmuşdur. Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.

Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.

O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq ədalətsizliyə qarşı çıxış edirdi. Bu mənada, o dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri özündə daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.

Ə.Əzimzadə satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan vermişdir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edə bilmişlər. 1920-1943-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olmuşdur.

Əzim Əzimzadə həm də Azərbaycanda ilk rəssamlıq məktəbinin banisi kimi tanınır. 1932-ci ildə o, indinin özünə qədər də fəaliyyət göstərən rəssamlıq məktəbini açır və ona rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycanın xalq rəssamı adına ilk dəfə Əzim Əzimzadə layiq görülüb.

Əzim Aslan oğlu Əzimzadə 1943-cü il may ayının 15-də Bakıda vəfat etmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmışdır.

 

 

 





 

 

 

 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.