“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək! » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək!
 
 » Xəbərlər » Həftə içi xəbərlər » “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək!

     
 
Xəbərlər » Həftə içi xəbərlər: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək!
 
 
Müəllif: Admin | 15 May 2010 | 12260 dəfə oxunub
http://zeka.az/495-vfatimeyi-zjhrav-mjscidi-sgkglmjyjcjk.html

“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək!

Prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və məscid QMİ-nin sərəncamına verilib

Bakının Yeni Günəşli qəsəbəsində inşası tamamlanmamış “Fatimeyi-Zəhra” məscidi ətrafında yaranmış problemlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. QMİ-dən APA-ya daxil olan məlumata görə, müraciətdə tikilinin sökülməsi barədə mövcud məhkəmə qərarının dayandırılması xahiş olunub, yaranmış vəziyyətin ən məqbul həll yolu kimi həmin tikilinin QMİ-nin sərəncamına verilməsi təklifi irəli sürülüb.  Eyni zamanda prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib və məscid QMİ-nin sərəncamına verilib.

Ekspertlərin fikrincə, bu məsələnin həlli inanclı insanların ardıcıl müqaviməti, müəyyən partiya və təşkilatların təzyiqləri, beynəlxalq səviyyədə, xüsusilə Türkiyədə bir çox təşkilatların buna kəskin etirazı, habelə din alimlərinin bu haqda mövqe bildirməsindən sonra baş tutub.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.