Azərbaycanda 2427 nəfər QİÇS-ə yoluxub » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda 2427 nəfər QİÇS-ə yoluxub
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycanda 2427 nəfər QİÇS-ə yoluxub

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycanda 2427 nəfər QİÇS-ə yoluxub
 
 
Müəllif: Carchi | 16 May 2010 | 12073 dəfə oxunub
http://zeka.az/497-azjrbaycanda-2427-njfjr-qdgs-j-yoluxub.html

Azərbaycanda 2427 nəfər QİÇS-ə yoluxub   

305 Azərbaycan vətəndaşı - 268 kişi və 37 qadın - QİÇS-dən dünyasını dəyişib

Bakıda Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xatirə günü keçirilib. Tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova qeyd edib ki, hər il may ayının üçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmiş insanların ümumdünya xətirə günü qeyd olunur: «Xatirə günü ilk dəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunub və keçirilib. O zaman QİÇS-dən ölənlərin sayı bir neçə min nəfər təşkil edib. Bu il ümumdünya xatirə günü artıq 27-ci dəfədir ki qeyd olunur və QİÇS-dən ölənlərin sayı artıq milyonlarla ölçülür».

H. Qədirova onu da bildirib ki, İİV/QİÇS pandemiya şəklində dünyada yayılmaqda davam edir. Belə ki, 2008-ci ilin sonuna dünyada İİV/QİÇS-lə yaşayanların sayı 33,4 mln. nəfər olub: «Respublika QİÇS-lə Mübarizə Mərkəzidə 1987-2010-cu il dövrü ərzində (mayın 1-nə kimi) 2 427 nəfər İİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Onlardan 2 335 nəfəri Azərbaycan vətəndaşı, 92 nəfəri isə əcnəbidir. Həmin dövr ərzində 305 Azərbaycan vətəndaşı – 268 kişi və 37 qadın – QİÇS-dən dünyasını dəyişib».

QİÇS-dən ölənlər Azərbaycanın 45 inzibati vahidinin skinləri olub. Sözügedən xəstəlikdən ən çox ölüm halları Bakı və Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınıb. QİÇS-dən dünyasını dəyişmiş insanların ailələrində 249 uşaq yetim qalıb, onlardan 20-i ata və anasını, 204-ü isə uşaq atasını itirib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.