Universitetlər arasında maraqlar » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Universitetlər arasında maraqlar
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Universitetlər arasında maraqlar

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Universitetlər arasında maraqlar
 
 
Müəllif: Carchi | 16 May 2010 | 12225 dəfə oxunub
http://zeka.az/499-dran-universitetljri-azjrbaycandn-ali-tjhsil-ocaqlard-ilj-jlaqjljrini-inkieaf-etdirmjkdj-maraqldddrlar.html

İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır - "Əl-Zəhra" Universitetinin rektoru

İran universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdırlar. Azərbaycanlı tələbələrin İran universitetlərində təhsil almaları üçün şərait yaranarsa, biz onlara təqaüd ayırmağa hazırıq. Bunu cümə günü Trend-ə İranın ancaq qızların təhsil aldığı "Əl-Zəhra" Universitetinin rektoru xanım Məhbubə Mübaşiri bildirb.

O əlavə edib ki, ötən gün İran universitetlərinin Azərbaycanda İslam Universitetləri Federasiyasının konfransında iştirak edən rektorları İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ilə görüşlərində bu məsələni müzakirə edib.

"Əl-Zəhra" Universiteti bu yaxınlarda İranda İslam geyimləri moda sərgisi nümayiş etdirib. Biz səfirə bu sərginin Azərbaycanda da keçirilməsinə hazır olduğumuzu bəyan etdik. Səfir bu təklifi bəyəndi və onun təşkili üçün əlindən gələni əsirgəməyəcəyini dedi", - Mübaşiri bildirib..

"Bundan başqa, biz azərbaycanlı qız tələbələri öz universitetimizə qəbul etməyə hazırıq, onlar üçün qısa müddətli kurslar təşkil edə bilərik. Azərbaycan universitetləri ilə müəllim və tələbə mübadiləsi həyata keçirə bilərik", - o deyib.

Mübaşiri bildirib ki, "Əl-Zəhra" universitetində Azərbaycan dilinin tədrisi üçün kurslar təşkil etməyə hazırıq.

"Azərbaycan dili İranda da danışılan bir dildir və bu iki ləhcə arasında olan azacıq fərqi də aradan qaldırmaq məqsədilə Azərbaycan universitetlərindən müəllimlər dəvət etməklə bizim universitetdə 3 və ya 6 aylıq kurslar təşkil edə bilərik. Fikrimcə, bunun təşkil olunması qarşılıqlı münasibətlərin inkişafına böyük kömək olar", - Mübaşiri deyib

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.