Robot rahib oldu, nigah bağladı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Robot rahib oldu, nigah bağladı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Robot rahib oldu, nigah bağladı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Robot rahib oldu, nigah bağladı
 
 
Müəllif: Carchi | 17 May 2010 | 12238 dəfə oxunub
http://zeka.az/501-robot-rahib-oldu-nigah-badladd.html

Robot rahib oldu, nigah bağladı

Qeyri-adi toy mərasimi Tokioda olub

Yaponiyanın paytaxtı Tokioda daha bir yenilik edilib. Robot rahib iki nəfərin nigahını bağlayıb. Açıq hava altında keçirilən nigah mərasimində əsas diqqət "I-Fairy" adlı robotun üzərində olub. Bir metrə yaxın boyu olan robot gül çələngi və yanıb-sönən gözlərlə bəzədilib.

Toy üçün yenidən proqramlaşdırılan robot mərasimdə cütlüyə "ömür boyu birlikdə olmağı qəbul edirsinizmi?" deyə sual verib. "Bəli" cavabı alan "İ-Fairy" bəydən gəlinin fatasını qaldırmağı və onu öpməyi istəyib. Sonda robot rahib cütlüyü ər-arvad elan edib.

Qeyd edək ki, 36 yaşlı gəlin və 42 yaşlı bəy uzun illərdir ki, elektronika sahəsində çalışırlar. Robot da məhz gəlinin işlədiyi şirkət tərəfindən hazırlanıb.






 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.