Diqqətli olun- sizi dinləyirlər!.. » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Diqqətli olun- sizi dinləyirlər!..
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Diqqətli olun- sizi dinləyirlər!..

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Diqqətli olun- sizi dinləyirlər!..
 
 
Müəllif: Carchi | 17 May 2010 | 14140 dəfə oxunub
http://zeka.az/506-diqqjtli-olun-sizi-dinljyirljr.html

Diqqətli olun- sizi dinləyirlər!..

Mobil telefon dinləmək adiləşib

Mobil telefonun varlığı insanlara rahatlıq qədər problem yaradır - bu, aksiomadır. “Biz cib telefonu icad edilənə qədər necə yaşayırdıq” sualının elə bu səbəbdən iki başı var. İndi cibində telefon gəzdirən istənilən adamın həyatını necə deyərlər, ovcunun, içinə ala bilərsən. Təbii ki, istəsən. Çünki texnika insanlara istədikləri şəxsin telefon danışıqlarını dinləməyə imkan verir. Dünya siyasətçilərinin məişət və siyasət həyatında yaşadıqları qalmaqalların kökündə çox vaxt bu dinləmələr dayanır. Rəqibləri onları dinləyir, ya karyerası, ya da şəxsi həyatı ilə bağlı diqqətçəkən məqam tapıb qara piara başlayır.

Başlayaq ən sadəsindən. Cib telefonlarından dinləmə cihazı kimi istifadə etmək heç də çətin deyil. Bunun üçün cib telefonuna xüsusi proqramı yükləməklə hər hansı bir şəxsin harada olmasını, kiminlə danışmasını öyrənmək olur. Artıq dünya ölkələri bu proqramdan çoxdan istifadə etməyə başlayıb. Proqramı olduqca asan yolla istənilən mobil telefona yükləmək mümkündür. Bundan sonra həmin insanın bütün telefon danışıqlarını, o cümlədən SMS-lərini, hətta harada olduğunu izləmək olar. Həmin proqram kimin mobil telefonuna yüksənibsə, həmin şəxsə zəng gələndə, onu izləyən insanın telefonuna SMS daxil olur. Bundan sonra orada olan kodu yığırlar və qarşı tərəf hiss etmədən danışıqlarını dinləyirlər.

Xatırladaq ki, sözügedən proqram 200-300 ABŞ dolları məbləğindədir və onlar internetdə sifariş edilir.

Keçək ikinci imkana - yəni səs identifikasiyası ilə mobil telefon danışıqlarını dinləməyə imkan verən cihazlara. Sözügedən avadanlıq sayəsində nəzarət altında saxlanılan şəxslərin danışığından bir hissə götürülür və xüsusi proqram vasitəsilə kompüterə yerləşdirilir. Bundan sonra kompüterdə səsi olan şəxslərin mobil telefonuna zənglər daxil olduqda və çıxdıqda avtomatik olaraq danışığı dinləmək olur. Səsi kompüterdə olan şəxs sonradan səs tonunu dəyişərək danışsa da, kompüter “aldanmır”.  Ekspertlərin məlumatlarına görə, əvvəllər hüquq-mühafizə orqanları danışıqları dinləmək üçün mobil operatorun ofisində otururdular. Amerikada baş verən 11 sentyabr terrorundan sonra Azərbaycanda da dinləmə və izləmə ilə bağlı qanunvericilikdə dəyişiklik oldu. Bundan sonra bütün mobilsel Milli Təhlükəsizlik Nazirliyinin ofisindən keçir. Əgər operator səs tembri ilə dinləmənin həyata keçirilməsinə imkan verən avadanlıqlarla təchiz olunmursa, ona lisenziya verilmir.

Daha bir məqam isə ondan ibarətdir ki, hazırda texniki imkanlar artdığından eyni vaxtda minlərlə telefonu dinləmək mümkündür. Baxmayaraq kİ, bu əməliyyat elə də məsrəfsiz sayılmaz.

Qanunvericilikdə bunun tətbiqi ilə bağlı şərtlər var - yəni xüsusi proqram vasitəsilə kimi və nə zaman dinləmək olar. Quldurluq, dələduzluq və digər az ağır və yüngül cinayətlərlə bağlı bu proqramdan istifadəyə icazə verilmir. Yalnız ağır, xüsusilə ağır, dövləti cinayətlərdə, terrorda şübhəli bilinən şəxsləri çeşidləmə proqramı vasitəsilə dinləmək olar. Sözügedən proqram bir qayda olaraq, məhkəmənin qərarı ilə qanuniləşməlidir. Müstəsna hallarda əməliyyatçı məhkəmənin qərarını gözləmədən səsi dinləmək üçün çeşidləmə proqramından istifadə edə bilər. Amma o, müəyyən edilmiş saat ərzində məhkəməyə mütləq məlumat verməlidir.

Amma ekspertlər sözügedən məsələnin Azərbaycan qanunlarında konkretlik qazanmadığını deyir. Belə ki, inkişaf etmiş ölkələrdə hansı cinayətlərə əsasən dinləmə həyata keçirilməsinin mümkünlüyü göstərildiyi halda, bizdə bu məsələ qeyri-müəyyəndir. Sivil ölkələrdə isə qanunvericilik sözünü konkret deyir. Belə ki, orada məhkəmənin qərarı olmadan telefon danışıqlarına qulaq asmaq olmaz. Bu cür dövlətlərdə, məsələn, kimisə təcili şəkildə həbs etmək zərurəti yarananda 3 saat ərzində məhkəməyə şifahi xəbərdarlıq edilir, 24 saat ərzində isə məhkəmənin qərarı alınır. Bu mexanizm telefon danışıqlarına da aiddir. Bizdə isə bu hüquq yalnız MTN-ə məxsusdur.

Qanundan söz düşmüşkən qeyd edək ki, sözügedən dinləmələr 2002-ci ildə vaxtilə qəbul edilmiş “Əməliyyat axtarışı haqqında” qanuna əlavə ilə tənzimlənir. Həmin əlavədə deyilir ki, əməliyyat nöqteyi-nəzərindən zərurət varsa, müvafiq orqan mülkiyyət formalarından asılı olmayaraq telefon danışıqlarına və digər rabitə vasitələrinə nəzarət edə bilər. Xatırladaq ki, burada müvafiq orqan deyilərkən Milli Təhlükəsizlik Nazirliyi nəzərdə tutulur. Qanuna əsasən, bu cür nəzarəti həyata keçirmək üçün məhkəmənin qərarına, eləcə də prokurorun sanksiyasına ehtiyac yoxdur.

Amma düşünməyin ki, yeganə problem sizin telefonlarınızı diqqətdə saxlamanızdan keçir. Artıq internet yazışmalarına nəzarət etmək də adiləşib. Baxmayaraq ki, bu, telefon danışıqlarına qulaq asmaqdan daha çətin sayılır. Bütün rabitə vasitələrinə, o cümlədən də internet yazışmalarına eyni hüquqi bazaya istinadən, eyni orqan tərəfindən nəzarət edilir. Qanunda göstərilir ki, müvafiq orqan mülkiyyət formalarından asılı olmayaraq telefon danışıqlarına və digər rabitə vasitələrinə nəzarət edə bilər. “Digər rabitə vasitələri”nə internet də aiddir.

Bəs bundan qorunmağın yolu yoxdur? Doğrudanmı yeganə müdafiə vasitəsi mobil telefondan və internetdən imtinadır? Ekspertlər hələ ki belə müdafiə vasitəsi olmadığını deyir. Sadəcə, bəzən ən kustar müdafiə yolu olaraq mobil telefonların batareyalarının çıxarılması həyata keçirilir. Araşdırma zamanı öyrəndik ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xüsusi xidmət orqanlarının telefonları dinləməsində hər hansı formada iştirak etmədiklərini bəyan edib. Bundan başqa, nazirlik yetkililəri bu orqanlarla heç bir əməkdaşlıq qurmadıqlarını da dəfələrlə vurğulayıb.// Musavat







 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.