Orta məktəblərdə din dərsləri tədris oluna bilər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Orta məktəblərdə din dərsləri tədris oluna bilər
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Orta məktəblərdə din dərsləri tədris oluna bilər

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Orta məktəblərdə din dərsləri tədris oluna bilər
 
 
Müəllif: Carchi | 18 May 2010 | 12395 dəfə oxunub
http://zeka.az/508-azjrbaycanda-orta-mjktjbljrdj-din-djrsljri-tjdris-oluna-biljr.html

Azərbaycanda orta məktəblərdə din dərsləri tədris oluna bilər - Hacı Allahşükür Paşazadə           

Gələcəkdə Azərbaycandakı orta məktəblərdə din dərsləri tədris oluna bilər. Trend-in məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bazar ertəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşündə məlumat verib.

"Hər kəsin vicdan azadlığı var. Gec-tez bu məsələ həllini tapacaq və orta məktəblərdə dinin tarixi, fəlsəfəsi tədris olunacaq", - Paşazadə deyib.

QMİ sədrinin sözlərinə görə, insanların dini təhsil alması o demək deyil ki, onlar gələcəkdə molla olacaqlar.

Şeyx həmçinin bildirib ki, Bakı İslam Universitetinə lisenziya verilib.

"Burada təhsil alanlara diplom veriləcək. Həmin diplomu dövlət verəcək və həmin şəxslər dövlətdə işlə təmin olunacaqlar", - QMİ sədri əlavə edib.

QMİ sədrinin müavini Hacı Sabir Həsənli isə bildirib ki, Bakı İslam Universitetində təhsil alanlara dinin tədrisindən əlavə ictimai elmlər də öyrədilir.

"Onlar sırf molla kimi deyil, pedaqoq kimi hazırlanır. Əgər eksperiment olaraq məktəblərin birində dinin tədrisinə icazə verilərsə, bizim bunun üçün pedaqoqlarımız var və buna hazırıq", - Hacı Sabir əlavə edib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.