Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof–Ömər Xəyyam » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof–Ömər Xəyyam
 
 » Elm və mədəniyyət » Dahilər » Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof–Ömər Xəyyam

     
 
Elm və mədəniyyət » Dahilər: Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof–Ömər Xəyyam
 
 
Müəllif: Zaur | 18 May 2010 | 17177 dəfə oxunub
http://zeka.az/509-dgnya-eghrjtli-eair-riyaziyyatgd-astronom-vj-filosof-v-gmjr-xjyyam.html
 

Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof – Ömər Xəyyam

Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: ”Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da Allahın rəhmətinə qovuşub.

Çoxları onu bütün dünyada məşhur rübailərin müəllifi kimi tanıyır. 20-ci əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi olan “Titanik” aysberqə çırpılıb batan zaman göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması — “Rubayyat”ın olması da məlumdur. Bu, xristian aləmində də Ömər Xəyyam yaradıcılığına böyük marağın sübutudur. Amma Ömər Xəyyam astronmiya, coğrafiya, fəlsəfə sahəsində də böyük alim kimi məşhurdur. Cəbr problemlərinin həlli haqqında traktat Ömər Xəyyamı böyük alim kimi şöhrətləndirmişdir. “Evklidin çətin müddəalarının şərhi haqqında traktat”ı isə ona dünya şöhrəti gətirmişdir.

Xəyyam riyaziyyata dair əsərlərində bütün əsas tənliklərin — xətti, kvadrat, kub tənliklərinin (cəmi 25 növ) müfəssəl təsnifatını vermiş, kub tənliklərinin həlli nəzəriyyəsini işləyib hazırlamışdır. Həndəsənin cəbr ilə əlaqələri haqqında məsələnin ilk dəfə qoyuluşu da məhz Xəyyamın xidmətidir. O, cəbr tənliklərinin həndəsi həlli nəzəriyyəsini əsaslandırmışdır. Ömərin “Hesab çətinlikləri” adlı daha bir riyazi əsəri tam ədədlərdən istənilən dərəcəli kök alınması metoduna həsr olunmuşdur. Bu metodun əsasını təşkil edən formula sonralar Nyuton binomu adı almışdır.

Xəyyam musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlamışdır. O, paralel xətlər nəzəriyyəsinə dair bir sıra maraqlı mülahizələr söyləmişdir. Bu fikirlər həndəsənin sonrakı inkişafına müsbət təsir göstərmişdir.

Ömər Xəyyam 18 may 1048-ci ildə İranın şərqindəki Xorasan vilayətinin Nişapur şəhərində sənətkar ailəsində doğulmuşdur. Onun sənətkar ailəsində dünyaya gəlməsini soyadı da sübuta yetirir. Xəyyam “çadır ustası” mənasını verir.

Xəyyam əvvəlcə dövlət qulluğunda çalışmaq üçün məmurlar hazırlayan Nişapur mədrəsəsində oxumuş, sonralar təhsilini Bəlx və Səmərqənddə davam etdirmişdir. O, riyaziyyat, həndəsə, fizika, astronomiya kimi dəqiq elmlərə yiyələnmiş, fəlsəfəni, sufiliyi, quranşünaslıığı, tarixi, hüquqşünaslığı dərindən öyrənmişdir. Ərəb dilinə və ədəbiyyatına mükəmməl yiyələnmişdir.. Ömər Xəyyam astrologiyanın, musiqi nəzəriyyəsinin mahir bilicisi olmuşdur. O, Qurani-Kərimi əzbər bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdir.Ona görə də hətta Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət almağı özlərinə əksiklik saymamışlar.

Ömər Xəyyamın elmi məşğuliyyətinin başlıca istiqaməti riyaziyyat olmuşdur. İyirmi beş yaşında ilk elmi kəşflərini etmişdir. “Cəbr problemlərinin isbatları haqqında traktatı” Xəyyamı böyük alim kimi tanıtmışdır. Buxarada Qaraxani şahzadəsi Xaqan Şəms əl-Mülkün sarayında elmi fəaliyyətə başlayan Xəyyam Buxara hakiminin böyük hörmətini qazanmışdı. Buxara hakimi Xəyyamı taxtında özü ilə yanaşı oturdurdu. 1074-cü ildə qüdrətli sultan Malik şahın sarayına dəvət olunan Xəyyam İsfahana gedərək düz iyirmi il elmi fəaliyyətində böyük uğurlar qazanmışdı.

Xəyyam Nizam əl-Mülkün təkidi ilə saray rəsədxanasının rəisi təyin olunmuşdu. Xəyyama yeni təqvim hazırlamaq tapşırılmışdı. Təqvim hazırlanandan sonra onun praktik tətbiqi mümkün olmamışdı. Ömər Xəyyam rəsədxanada astronomik müşahidələr də aparırdı. O, səma cisimlərinin hərəkətini uzun illər boyu müşahidə etməsi nəticəsində “Məlik şahın astronomik cədvəlləri” ni tərtib etmişdi. Həmin cədvəllər orta əsr Şərqində geniş yayılmışdı.

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — “Varlıq və zərurilik haqqında traktat”ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. “Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: ”Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”. Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.Deyerler.org

Məlumatdan istifadə etdikdə istinad zəruridir!




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: arzum_yuxum (12 Mart 2011 16:14)



Qrup: İstifadəçi
Tarix: 10.03.2011
əlaa
ICQ: a    
 
     
 

     
 
#2 Yazan: alabina (11 Oktyabr 2013 17:34)



Qrup: İstifadəçi
Tarix: 2.08.2013
tewekkur edirem kawki bizde o seviyyede olardiq
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.