Meyvə şirəsi ilə işləyən batareya » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Meyvə şirəsi ilə işləyən batareya
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Meyvə şirəsi ilə işləyən batareya

     
 
Elm və mədəniyyət » İxtiralar və kəşflər: Meyvə şirəsi ilə işləyən batareya
 
 
Müəllif: Zaur | 20 May 2010 | 12709 dəfə oxunub
http://zeka.az/517-meyvj-eirjsi-ilj-ieljyjn-batareya.html

Meyvə şirəsi ilə işləyən batareya

Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl 67)

Enerji istehsalında yeni kəşflər edilir .

Yaponiyanın “Sony” korporasiyası ABŞ-da keçirilən elmi konqresdə meyvə şirəsi ilə işləyən kiçik elektrik batareya təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaponiya alimlərinin işləyib hazırladıqları 2x4 sm. ölçülü və 10 millivatt gücə malik “biobatareya” mobil telefon, noutbuk və pleyerlərdə istifadə oluna bilər.

Qurğunun enerji ilə doldurulması üçün buraya “yanacaq” kimi meyvə şirəsi əlavə olunur, lakin şirə üçün hansı meyvədən istifadə olunduğu hələ ki bildirilmir. 8 millilitr şirə təxminən bir saat üçün kifayət edir. Qeyri-adi enerji mənbəyi üzərində işlər ciddi məxfilik rejimində bir neçə ildir ki, aparılır. 2007-ci ildə 1,5 millivatt güclü, 2009-cu ildə isə 5 millivatt gücünə malik işlək nümunələr hazırlanıb. Şirkət bu dəfəki modeli kütləvi satışa çıxarmaq üçün artıq hazır olduğunu bildirib.

Xatırladaq ki, şirə “Sony”nin enerji qida qurğularında tətbiq etmək niyyətində olduğu ilk maye deyil. Ötən ilin yaz aylarında şirkət “Coca-Cola” içkisindən enerji alan yanacaq elementi təqdim edib. Bundan əlavə, “Sony” quraşdırılmış litium-ion akkumulyatorlu metanol əsasında hazırlanan elementlərin prototipləri ilə də öyünə bilər. Alimlər hesab edirlər ki, zaman ötdükcə insanlar litium akkumulyatorları daha təhlükəsiz və rahat yanacaq elementləri ilə əvəz edəcəklər.

Məlumatdan istifadsə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.