İdmançımız Avropa çempionu oldu » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İdmançımız Avropa çempionu oldu
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İdmançımız Avropa çempionu oldu

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İdmançımız Avropa çempionu oldu
 
 
Müəllif: Carchi | 21 May 2010 | 12189 dəfə oxunub
http://zeka.az/522-ddmangdmdz-avropa-gempionu-oldu.html

İdmançımız Avropa çempionu oldu

Ağır atletimiz Nicat Rəhimov İspaniyada uğurla çıxış edib

İspaniyanın Valensiya şəhərində gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Baş məşqçi Nizami Paşayevin rəhbərliyi altında uğurlu çıxış edən idmançılarımız daha bir medala sahib çıxıblar.

69 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Nicat Rəhimov 290 kq (131 kq +159 kq) qaldıraraq, Avropa çempionu adına layiq görülüb. O, həmçinin təkanla kiçik qızıl və birdən qaldırmada kiçik gümüş medala da sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Məhəmməd Seyidov 2 kiçik və 1 böyük gümüş, ikinci günündə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüş və 1 böyük gümüş medal qazanıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.