Naməlum məxluq tapıldı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Naməlum məxluq tapıldı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Naməlum məxluq tapıldı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Naməlum məxluq tapıldı
 
 
Müəllif: Carchi | 22 May 2010 | 12383 dəfə oxunub
http://zeka.az/527-namjlum-mjxluq-tapdldd.html

Naməlum məxluq tapıldı

Bədəni tüklü, ayaqları və başı çılpaq olan heyvana "Montauk Canavarı" adlı verilib

Kanadanın Ontario bölgəsində qəribə məxluq tapılıb. "Daily Mail"in məlumatına görə, Kitchenuhmaykoosib qəsəbəsində gəzintiyə çıxan iki tibb bacısı gölün kənarında naməlum heyvan cəsədi ilə qarşılaşıblar.

Heyvanın bədəni qara tüklərlə örtülü olsa da, onun başı, üzü və ayaqları çılpaq olub. Bu günə qədər tapılan heç bir heyvana bənzəməyən canlının şəkillərini çəkən tibb işçiləri onu qəsəbə sakinlərinə göstəriblər. Ancaq araşdırma aparmaq üçün hadisə yerinə gələn rəsmilər məxluqu tapa bilməyiblər.

Tibb bacılarının sözlərinə görə, məxluqun quyruğu siçan quyruğuna bənzəyib. Onu ilk olaraq itləri tapıb. Belə ki, it cəsədi sudan çıxarıb.

Səhiyyə işçilərinin şəkillərini çəkməyə müvəffəq olduqları naməlum canlıya "Montauk Canavarı" adı verilib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 2
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.