İçdiyimiz çaya dovşan qanı qatılır » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İçdiyimiz çaya dovşan qanı qatılır
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İçdiyimiz çaya dovşan qanı qatılır

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İçdiyimiz çaya dovşan qanı qatılır
 
 
Müəllif: Carchi | 22 May 2010 | 13352 dəfə oxunub
http://zeka.az/530-dgdiyimiz-gaya-dovean-qand-qatdldr.html

 

İçdiyimiz çaya dovşan qanı qatılır

Ekspert: "Dovşan qanı isti suda həll olunanda, çayın təbii rənginə bənzər rəng verir".

ANS PRESS-ə dəfələrlə çay haqqında şikayətlər edilib. Şikayətlər çayların keyfiyyətsiz və dadsız olması ilə yanaşı, həm də istifadə olunan çay tullantılarının təkrar istifadəsi ilə bağlıdır. Çox maraqlı olsa da, istifadə olunan çay tullantılarının təkrar istifadəsi məsələsi dəfələrlə bildirildiyindən biz də çay mövzusunu araşdırmaq qərarına gəldik. Araşdırmalar üçün ilk öncə bazara yollandıq. Bazarda çaylar müxtəlif qiymətlərə satılırdı. Maraqlısı o idi ki, paket şəklində satılan çaylarla müqayisədə açıqda satılan çaylar baha idi. Açıqda satılan çayların kiloqramı 15 manatdan 70 manata qədər təşkil edirdi. Qiymətlərin müxtəlifliyi isə satıcılar birmənalı şəkildə çayın təbii və keyfiyyətinin yüksək olması ilə izah edirdi. Çay tullantılarının təkrar istehsalını isə satıcılar təkzib etdilər. Alıcılar isə təkrar istehsal haqqında eşitdiklərini, bəziləri isə hətta bu hala şahid olduqlarını bildirdi.

Məsələ ilə bağlı AzDİU-nin dossenti t.e.n. Elsevər Fərzəliyev ANS PRESS-ə açıqlamasında bu halı təstiq etdi. Onun sözlərinə görə, çayxanalarda ilk istifadədən sonra çay yığılır və qurudulur. Sonradan onu müəyyə kimyəvi preparatlarla emal edirlər, bəzən fermentləşdirirlər, bəzən boyaq maddələri əlavə edirlər və ikinci dəfə istifadə edirlər. Hətta ədəbiyyat mənbələrində bu haqda məlumat var. Adətən çayı ilk istifadədən sonra təkrar emal üçün ona dovşan qanı əlavə edirlər. “Dovşan qanı isti suda həll olunanda, çayın təbii rənginə bənzər rəng verir. Burada təkrar istehsal sərfəli olur. Əgər bu işdə mənfəət olmasaydı, yəqin ki, bu işlə məşğul olmazdılar. Çayın ikinci dəfə emalı nəticəsində tərkibinə qatılan kimyəvi maddələr, dovşan qanı və s. insan orqanizmi üçün təhlükə törədir” söyləyən Elsevər Fərzəliyev bunun insan orqanizmi üçün böyük təhlükə olduğunu bildirdi.

Çayın keyfiyyətinə gəldikdə, yaxşı çayın spesifik ətirə, xüsusi rəngə malik olduğunu vurğulayan ekspert bəzən çaya süni yolla ətir də qatılması hallarının olduğunu qeyd etdi. Çayın təbii yolla istehsal olunmasını məqsədəuyğun sayan Elsevər Fərzəliyev təbii yolla istehsal olunan çayın insan orqanizminə daha çox xeyirli olduğunu xatırlatdı.

Azərbaycanda çay probleminin mövcud olmasını vurğulayan E.Fərzəliyev çayın istehsal prosesini qısa şəkildə belə şərh etdi: “Çay istehsal etmək üçün əvvəlcə yarpaqları yığırlar, soluxdururlar, qurudurlar, fermentləşdirirlər, qablaşdırırlar və s. Hazırda ölkəmizdə satılan çayların bəziləri keyfiyyətcə aşağıdır. “Blendo” markalı çay bir qədər keyfiyyət baxımından aşağıdır. Ümumiyyətlə, satışda olan çayların keyfiyyəti haqqında müsbət fikir söyləmək bir qədər çətindir. Lakin vəziyyət elə də acınacaqlı deyil”.

Çay istehsalında ən vacib şərt xammalın keyfiyyətli olmasını bildirən ekspert bu zaman texnoloji əməliyyatlara düzgün riayət olunmasının vacibliyini də qeyd etdi. Ən vacib şərtlərdən birinin emal olunmuş hazır məhsulun normal şəraitdə saxlanılmasını göstərən Elsevər Fərzəliyev çayın keyfiyyətli alınması üçün onun düzgün dəmlənməsini önə çəkdi. “Çayı dəmləmək üçün 200 ml. qaynar suya 2 çay qaşığı dəm əlavə edib, beş dəqiqə saxlanılır. Çay dəm alarkən onun yarpağının tərkibindəki qidalı komponentlər ekstraksiya yolu ilə keçir suyun tərkibinə” söyləyən Fərzəliyev düzgün dəmlənən çayın dadlı olduğunu vurğuladı.

Çay içildikdən sonra stəkanda rəngli ərp bağlamasının səbəbini suyun codluğu ilə əlaqələndirən ekspert bunu suyun tərkibinin lazımı tələblərə cavab verməməsilə əlaqələndirdi. “Hazırda Azərbaycanda çay plantasiyaları çox azdır. Bu üzdən çay istehsalçıları çayın böyük hissəsini xarici ölkələrdən alır. Texnoloji emal baxımından qablaşdırılmış çaylar açıq satılanlardan baha olmalıdır. Lakin, bu heç də belə deyil. Bazarlarda açıq çaylar qablaşdırılmış çaylardan qat-qat bahadır. Səbəb isə xalqda belə çayların keyfiyyətinin yüksək olması fikri yaratmaqdır. Əgər çay sənaye miqyasında istehsal olunmursa, onu heç cür emala məruz qoymaq olmaz. Bundan ötrü texnoloji axın xətti olmalıdır. Açıq çaylar xüsusi müəssisələrdə istehsal olunur. Amma onların heç bir zəmanət göstəriciləri yoxdur. Çaylar qurudulmuş məhsullardır və çox hidroskopikdir, havadan su buxarlarını çəkir. Bu üzdən onlar uzun müddət havada qaldıqda, insan həyatı üçün təhlükə yaradır. Havada su buxarı ilə birgə müəyyən mikrob və zəhərlər də çaya nüfuz edir və insan orqanizminə daxil olur” söyləyən Elsevər Fərzəliyev açıq satılan çay almağı məsləhət görmür.

Birdəfəlik paket çayından istifadəni də məsləhət bilməyən müsahibimiz belə çayları “otxod” adlandırdı: “Tullantısız texnologiyaların tətbiqi baxımından istehsal prosesində çayın tozu, qırıntıları olur. Onlar ələkdən keçirilir. Toz şəklində qalan çay əslində tullantı sayılır. Bu üzdən məhsuldarlıq yüksək olsun deyə çayı birdəfəlik paket şəklində istehsal edirlər. Bu baxımından birdəfəlik paket çayları keyfiyyətcə aşağıdır”. Sonda müalicəvi əhəmiyyətinə görə yaşıl çayın qara çaya nisbətən üstün olduğunu söyləyən Elsevər müəllim qara çaylara daha çox qatqı qatmaq imkanının olduğunu vurğuladı.

Məsələyə digər aspektdən yanaşan “Azərsun” şirkətinin keyfiyyət və market analiz şöbəsinin müdiri Nuriyyə Əhmədova birdəfəlik çayın yarpaqların kiçik hissələrindən alındığını və belə çayların heç də keyfiyyətsiz olmadığını bildirdi. “Çayın təkrarən istehsal olunmasını qətiyyən pisləyirəm. Bunun heç elmi cəhətdən izahı da yoxdur” söyləyən xanım Əhmədova belə hal ilə rastlaşmadığını vurğuladı. “Çay içildikdən sonra stəkanın dibində, yaxud kənarlarında qalan rəng izləri əsasən suyun codluğundan asılıdır. Ümumiyyətlə, çayın keyfiyyətli dəmlənməsinin 90 faizi suyun tərkibindən asılıdır” bildirən Nuriyyə xanım burada suyun əsas rol oynadığını qeyd etdi.

Onun sözlərinə görə, çayın bir müddət qalıb soyuduqdan sonra bulanması kremləşmə adlanır. Keyfiyyətli çay soyuduqdan sonra kremləşmə verir. Ekstraktı 40 faizi keçən çaylar soyuduqdan sonra kermləşir. Buna çayın qaymağı deyilir. Bu zaman çayın tərkibindəki kofein daha çox suda həll olunur.

“Çay dəmləmək üçün 150 millilitr suya 3 qram çay əlavə olunur və dəmlənir. Dəmlənən çay soyuduqda, kremləşirsə demək onun keyfiyyəti yüksəkdir. Kremləşməyən çayın keyfiyyəti zəifdir. Çay dəmlənərkən dəm çayniki də mühüm rol oynayır” söyləyən Nuriyyə Əhmədova qeyd etdi ki, çay qaynayan zaman insan üçün zərərlidir.

Dünya bazarında çaya boyaq maddə qatılma anlayışının olmadığını deyən ekspert bunun texnoloji proses üçün keçərli olmadığını bildirdi. “Bizim istehsal etdiyimiz “Blendo” markalı çay birinci növ sayılır. Digər çay markalarına nisbətən keyfiyyətcə bir az aşağıdır, bu özünü qiymətdə də göstərir. “Blendo” çayının tərkibində yalnız qidaya uyğun ətir var. Dünya bazarında çayın qiymətini formalaşdıran faktorlar var. Marka, çayın maya dəyəri və digər amillər nəzərə alınır. 50-60 sentdən yuxarı olur. Açıqda satılan çayların qiymətindəki bahalılıq əsasən insanların düşüncəsinə həkk olunub. Düşünürlər ki, çay açıq satılırsa, demək keyfiyyətlidir. Bu, Sovet dövründən millətimizin düşüncəsində qalan fikirlərdir. Çox təəssüf ki, bu gün Azərbaycan çayı dünya bazarında uduzur. Bizdə çayçılıq hələ tam inkişaf etməyib. Çay becərilməsi baxımından dünya ilə müqayisədə Azərbaycan çətinliklər yaşayır. Dünyada çayın istehsalı get-gedə azalır. İqlim dəyişmələri, ekoloji problemlər nəticəsində çay plantasiyaları get-gedə azalmaqdadır. Bu proses Azərbaycandan da yan keçməyib”, - deyə N.Əhmədova vurğuladı.

Sonda arzu edirik ki, çay içərkən ağzımız dada gəlsin, nəinki canımıza dərd.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 13
Robot: 5
Qonaq: 8
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.