Çin səddinin sirri açıldı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 2-si, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Çin səddinin sirri açıldı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Çin səddinin sirri açıldı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Çin səddinin sirri açıldı
 
 
Müəllif: Carchi | 1 İyun 2010 | 13690 dəfə oxunub
http://zeka.az/539-gin-sjddinin-sirri-agdldd.html
Yüz illərdir dağılmadan olduğu kimi qalan, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddinin sirri açılıb. Çinli kimya professoru Zhanq Binjian tarixin sınaqlarında keçən səddin tikintisində fəhlələrin düyü unu və söndürülmüş əhəngdən istifadə etdiklərini ortaya çıxarıb. Onun sözlərinə görə, düyü unu yapışqan xarakterə malikdir. Bu yapışqan o qədər güclü təsirə malik olub ki, divarın inşasından 600 il ötməsinə baxmayaraq, onun çox hissəsində hətta yabanı otlar belə bitməyib. 

Kimyaçıların sözlərinə görə, yapışqan unun içərisində amilopektin maddəsi var. Bu undan hazırlanan maye tərkibində kalsium karbonat olan sönmüş əhəngə qatılır. Bunun sayəsində əldə edilən məhlulun keyfiyyəti daha da artır. 

Qeyd edək ki, Böyük Çin səddi ilk dəfə e.ə.220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək uzadılıb. Min sülalə imperatorluğu dövründə (XV-XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd - Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlayıb.

Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrdən biridir. Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. Böyük Çin səddi kosmosdan da müşahidə edilir. 
ANS





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 3
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.