Müsahibə » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibə
 
 » Xəbərlər » Müsahibələr » Müsahibə

     
 
Xəbərlər » Müsahibələr: Müsahibə
 
 
Müəllif: Elirza | 5 İyun 2010 | 12422 dəfə oxunub
http://zeka.az/552-mgsahibj.html

Müsahibə

Müsahibimiz “Müstəqil Ekoloqlar” cəmiyyətinin sədri Əliyev Rafail Əliağa oğludur.

 

Əliyev Rafail Əliağa oğlu 1948-ci ildə Lənkəranda anadan olmuş, orta təhsilini başa vurduqdan sonra Moskva şəhərinin Timiryazev adına Kənd-Təsərrüfatı akademiyasına daxil olmuş və oranı 1973-74-cü illərdə bitirmişdir. Lənkəran, Bizim Era, Olaylar, Prizma və s. qəzetlərdə bir çox məqalələri dərc olunmuşdur. Evlidir, bir oğlu, bir qızı və iki nəvəsi vardır.

 

İlk öncə zeka.az saytına müsahibə verdiyiniz üçün sizə saytın kollektivi adından təşəkkürümüzü bildirirəm.

Respublikamız sel adlı təbii fəlakətlə üzləşmişdir. Bu fəlakətin baş verəcəyini əlaqədar dairələrin öncədən proqnozlaşdıması mümkün idimi?

 

Doğrudur respublikamızın bir çox rayonlarında sel külli miqdarda fəlakətlər törətmişdir. Səlyan, Sabirabad, Saatlı, Şirvan rayonları bu selin qurbanlarındandır. Heç kimin qabaqcadan belə fəlakətin olacağını və bu qədər ziyan törədəcəyini bilmirdi. Hər il Kür və Araz çaylarının az miqdarda sularının artması hazırki sel sularının kəndlərin yuyub aparmasını qabaqcadan baş verəcəyini təsdiq edə bilməzdi.

 

Suyun səthinin əvvəlkindən bir neçə sm yüksək olduğu bildirilir və ümumiyyətlə, Kür və Arazın daşmasının əsas səbəbini açıqlaya bilərsinizmi?

 

Kürə gələn suyun Kürdən çıxan sudan çox olması, Azərbaycan və Gürcüstanda leysan yağışların və dağlarda qarların normadan artıq yağması suyun bir neçə sm artmasına səbəb olmuşdur. Həmçinin Kürdəki daşqınların əsas səbəbi Ana Kürün lillənib suyu dənizə buraxmamasıdır. Bunun nəticəsində bəndlər dözməyib və subasma halları baş vermişdir.

 

Sizcə, bu fəlakətin qarşısını almaq mümkün olacaqmı? Yoxsa yurd-yuvasından ayrı düşənlərin sayı getdikcə artacaq?

 

Bununla bağlı ilk öncə Kürün lilini təmizləmək üçün kompleks tədbirlər həyata keçirmək və sahilboyu qoruyucu bəndləri möhkəmləndirmək gərəkdir . baxmayaraq ki, lilin təmizlənməsi xeyli çətin prosesdir. Ən azı 5-6 km əraziyə ekskavatorları töküb Kürün məcrasını mexaniki yollarla açmaq lazımdır.

 

Müsahibədə iştirak etdiyiniz üçün zeka.az saytının kollektivi adından bir daha  təşəkkür edirəm.

Müsahibəni apardı Ceyhun Məmmədov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.