Nəsihətlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 10-u, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Nəsihətlər
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Nəsihətlər

     
   
 
Müəllif: Muhammadamin | 6 İyun 2010 | 13079 dəfə oxunub
http://zeka.az/555-copy-njsihjtljr.html

Əgər nəfsin Allaha qarşı üsyan etmək istəsə, onda beş şərtlə üsyan et! 

 

Bir gün bir nəfər İbrahim bin Ədhəmin yanına gəlir və ona deyir: “Nəfsim məni günahlara sürükləyir. Ey şeyx, mənə öyüd-nəsihət  et!” 


 
 

İbrahim ona deyir: “Eybi yoxdur...nəfsin səni günahlara sürükləyəndə ona tabe ol və günahını et!  Lakin beş şərtlə... 

  

Həmin adam: “Söylə o şərtləri, mən də bilim!” 


 

 

İbrahim: “Əgər nəfsin Allaha qarşı üsyan etmək istəsə, elə bir məkan özünə seç ki, Allah səni orada görməsin... 

 

 


Həmin adam: “Sübhanəllah! Bu necə ola bilər?! Axı heç bir şey Ondan gizli deyildir..., bəs mən Ondan necə gizlənə bilərəm?!” 

İbrahim dedi: “Sübhanəllah! Bəs Allahın səni gördüyü yerdə Ona asi olmağından həya etmirsən? 

 

Həmin adam susur... 


 

Sonra həmin adam İbrahimə sözünə yenə də davam etməsini söyləyir. 

İbrahim deyir: “Əgər nəfsin Allaha üsyan etmək istəsə, onda Onun yaratdığı Yer üzərində üsyan etmə! 

Həmin adam: “Sübhanəllah! Onda mən hara gedim?! Kainatın hər yeri Onun yaratdıqlarıdır... 

İbrahim dedi: “Məgər Allahdan həya etməzmisənmi ki, Onun yaratdığı Yer üzündə Ona asi olursan? 


 


Həmin adam ondan yenə də əlavə etməsini rica edir... 

 

İbrahim deyir: “Əgər Allaha qarşı üsyan etmək istəsən, onda Onun ruzisindən yeyib Ona asi olma!” 

 

Həmin adam: “Sübhanəllah! Onda mən necə yaşaya bilərəm, yediklərimin hamısı Onun ruzisidir...” 

 

İbrahim dedi: “Bəs onda O səni yedizdirir, içizdirir, sənə güc-qüvvət verir, necə olur ki, sən Ona asi olmaqdan həya etməzsən?! 

 

 


Həmin adam ondan yenə əlavə etməsini isəyir. 


İbrahim ona: “Allaha qarşı üsyan etdiyin zaman mələklər canını almağa gələndə onlarla Cəhənnəmə getməkdən imtina et! 


Həmin adam: “Sübhanəllah! Məgər mənim buna gücüm çatarmı? Onlar mən istəməsəm belə, məni aparacaqlar. 



Sonra İbrahim bin Ədhəm yenə sözünə davam edərək deyir: “Qiyamət səhnəsində günah dolu əməl kitabını sənə göstərən zaman  onu inkar et! De ki, bunları mən etməmişəm...” 


Həmin adam: “Sübhanəllah! Bəs o hörmətli mələklər?! Hər şeyi olduğu kimi yazıb saxlayanlar?! Mənim əməllərimə şahid olanlar?!  Yox, bu mümkün deyildir” 


Sonra həmin adam göz yaşı tökməyə başlayır. Belə halda yoluna davam edərək bu sözləri təkrarlayır: “Bəs o hörmətli mələklər?!  Hər şeyi olduğu kimi yazıb saxlayanlar?! Mənim əməllərimə şahid olanlar?! Yox, bu mümkün deyildir” 

 

Peyğəmbər (s) buyurub: “Xeyrə dəvət edən ona əməl edənin savabı qədər savab götürür”. 

 

Bir az dayan! 

 

 

Siz bunları oxuyan zaman... 

  


 Allah bilir ki, həmin zaman ərəfəsində Yer üzündə neçə insan dünyasını dəyişir... 
 

 

 Təəssüflə qeyd etmək olar ki, onlardan  bir çoxu öz dünyasını günahla dolu dəyişirlər...Allah qorusun! 

 

 

Bilmək olmaz...bəlkə də bizlərdən birinin də adı həmin anda dünyasını dəyişənlərin siyahında vardır... 


 


Unutma! 


Xatırla! 

 

 


Bir an bundan öncə dünyasını dəyişmiş şəxs... 

 

 
  

O da sənin kimi düşünürdü, amma sonra o nə düşünür görəsən? 

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.