Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında
 
 
Müəllif: carchi | 7 İyun 2010 | 12326 dəfə oxunub
http://zeka.az/559-azjrbaycan-kitabxanagdlard-beynjlxalq-krdm-konfransdnda.html

Azərbaycan kitabxanaçıları Beynəlxalq Krım Konfransında

İyunun 7-də Ukraynanın Krım Vilayətində XVII Beynəlxalq Krım Konfransı başlayır.

Beynəlxalq konfransda 130-dan çox ölkənin 2 minə yaxın nümayəndəsi iştirak edir. Onların arasında Azərbaycan da var. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, konfransda dünya kitabxana-informasiya sahəsində baş verən yeniliklər, kitabxana işinin inkişafı, muzey və kitabxanaların avtomatlaşdırılması, kitabxanalar vasitəsi ilə məsafəli təhsilin həyata keçirilməsi və digər maraqlı məsələlər müzakirə olunacaq.

Bu il Konfransda ELNİT (Elektron kitabxanaların istifadəçiləri və işləyib hazırlayanları) Assosiasiyasının Rəyasət Heyəti seçiləcək. Azərbaycandan 25-dən çox kitabxana, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi ELNİT Assosiasiyasının üzvüdür.

Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə göndərilən mütəxəssislər, habelə Prezident Kitabxanasının, Xarici İşlər Nazirliyinin kitabxanası, Bakıdakı Amerika Mərkəzinin, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının, C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndələri daxildir.

Konfransın 1-ci günündə Qara dağ auditoriyasında Azərbaycan kitabxanaçıları uğur və nailiyyətlərindən danışılacaq, milli geyimli Azərbaycan qızları Azərbaycanın kitab mədəniyyətini bir daha dünyaya nümayiş etdirəcəklər.

Konfrans iyunun 12-ə qədər davam edəcək.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.