Şirvanda insanlar maariflənir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Şirvanda insanlar maariflənir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Şirvanda insanlar maariflənir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Şirvanda insanlar maariflənir
 
 
Müəllif: carchi | 7 İyun 2010 | 12183 dəfə oxunub
http://zeka.az/560-eirvanda-insanlar-maarifljnir.html
 

Şirvanda aztəminatlı, əlil, kasıb və köməksiz insanlar maarifləndirilir

“Aran“ İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi ikinci seminar-təlimini keçirib

“Aran“ İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi Şirvan şəhər Regional İnformasiya mərkəzində “Aztəminatlı, əlil, kasıb və köməksiz insanların maarifləndirilməsi mövzusunda” sayca ikinci seminar-təlimini keçirib.

İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən tədbirdə həssas təbəqənin nümayəndələri ilə yanaşı, tələbələr, bu sahədə çalışan QHT və digər təşkilatların nümayəndələri də iştirak edib.

Eyni zamanda Qarabağ Veteranlar Şurası, Qarabağ Qazilər Cəmiyyəti, Çernobıl əlilləri və Şirvan şəhər Əlilər Cəmiyyətinin rəhbərləri və nümayəndələri də tədbirə qatılıblar.

“Aran” İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əlibəy Zeynallı layihə çərçivəsində mərkəz tərəfindən aztəminatlı, əlil, kasıb və köməksiz insanların sosial hüquqları barədə maarifləndirilməsi üçün onların arasında təbliğat bukletlərinin paylanması, sosial hüquqlarla əlaqəli təşkilatların yerləşdiyi ofislərin girişlərində təbliğat plakatlarının yerləşdirilməsi haqqında məlumat verib. Təşkilatın hüquqşünası Samir Həsənov bildirib ki, həm təlim zamanı, həm də sonra ehtiyacı olanlara və müraciət edənlərə hüquqi yardımlar edilib. Mərkəzdə hüquqşünas fəaliyyət göstərir və yerli səfərlər çərçivəsində əlil insanlarla görüşlər təşkil olunur, onların problemləri öyrənilir, yardımlar edilir.

Layihə 3 ay davam edəcək və bu müddətdə 60 köməksiz ailənin sosial problemlərinin həllinə yardım ediləcək.LENT.AZ





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 1
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.