Bir ildə dünyada 81,5 milyon kompüter satılıb » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Bir ildə dünyada 81,5 milyon kompüter satılıb
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Bir ildə dünyada 81,5 milyon kompüter satılıb

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Bir ildə dünyada 81,5 milyon kompüter satılıb
 
 
Müəllif: carchi | 9 İyun 2010 | 12235 dəfə oxunub
http://zeka.az/569-bir-ildj-dgnyada-815-milyon-kompgter-satdldb.html

Bir ildə dünyada 81,5 milyon kompüter satılıb

 

Kompüter satışı üzrə lider “Hewlett-Packard” şirkətidir

 

“Suppli” şirkəti tərəfindən aparılmış araşdırmalara əsasən, dünya personal kompüterlər (PK) bazarında bu ilin birinci rübündə rekord artım müşahidə olunub. Belə ki, 2010-cu ilin birinci rübü ərzində dünya üzrə 81,5 milyon kompüter satılıb. Bu rəqəmə personal kompüterlər, eləcə də noutbuk və netbukların satış göstəriciləri daxil edilib.

 

Belə vəziyyətdə bir il bundan əvvəl əldə olunmuş göstərici ilə müqayisədə PK bazarının artımı 22,7 faiz təşkil edib. 2009-cu ilin ilk üç ayı ərzində dünya üzrə 66,5 milyon kompüter satılıb. 22,7 faizlik artım tempi sözügedən bazar üçün rekord göstəricidir.

 

Maraqlıdır ki, iki ildə ilk dəfədir ki, personal kompüterlərin satış həcmində də artım qeydə alınıb. Doğrudur, PK-ların satışı cəmi 1 faiz artıb. Noutbukların populyarlığı isə dörddə bir dəfə, yəni 26,5 faiz artıb.

 

Kompüter satışı üzrə lider “Hewlett-Packard” şirkətidir, ikinci yerdə “Acer”, üçüncü yerdə isə “Dell” şirkətləri gəlir.

 

Qeyd edək ki, bundan əvvəl dünya personal kompüterlərin birinci rübdə sürətli bərpasına dair proqnozlarını Gartner və IDC şirkətləri təqdim edib. “Gartner” və “IDC” analitikləri də kompüterlərin satış həcminin təxminən dörddə bir dəfə artmasını qeyd ediblər.

 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.