Donuz qripi haqda bunları bilmək vacibdir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Donuz qripi haqda bunları bilmək vacibdir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Donuz qripi haqda bunları bilmək vacibdir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Donuz qripi haqda bunları bilmək vacibdir
 
 
Müəllif: Admin | 3 Sentyabr 2009 | 12576 dəfə oxunub
http://zeka.az/57-donuz-qripi-haqda-bunlar305-bilm601k-vacibdir.html
alt
 

«Donuz qripi» nədir?

«Donuz qripi» donuzlarda müşahidə olunan nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Bu virus insanlarda qrip yaradan virusdan fərqlənir. Donuzlarda olan bu virusa donuzla yaxın kontaktda olan insanlar da yoluxa bilər, amma bu, çox az hallarda baş verir. «Donuz qripi»nin adamdan adama keçməsi də olduqca nadir fenomen sayılır. Əvvəllər də «donuz qripi» epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.

«Donuz qripi» virusu ilk dəfə nə vaxt aşkar edilib?

Bu ilin mart ayının sonunda və aprelin əvvəlində insanlar arasında bu xəstəliyin yayılması haqda ilk xəbərlər ABŞ-ın Cənubi Kaliforniya ştatından daxil oldu. BMT-nin Dünya Səhiyyə Təşkilatı Amerika və Meksika rəsmiləri ilə vəziyyəti nəzarət altında saxlamağa cəhd göstərir. İlkin xəbərlərə əsasən, xəstəlik İspaniyaya da gəlib, bir çox ölkələrdə virusun mövcudluğu ilə bağlı araşdırma aparılır.

«Donuz qripi» nə dərəcədə yoluxucudur?

ABŞ-ın Epidemiyadan Müdafiə Bürosu (Centre for Disease Control (CDC) rəsmi olaraq təsdiq edib ki, bu virusun insandan insana yoluxma xüsusiyyəti mövcuddur. Lakin bu prosesin nə dərəcədə yüngül baş verməsini və buna görə də epidemiya təhlükəsinin nə qədər böyük olması hələ öyrənilir. Məlumatlar yeni yoluxma halları ilə tutuşdurulur və daim yenilənir.

«Donuz qripi» tutan adamlarda hansı simptomlar müşahidə olunur?

Xəstəliyin əlamətləri adi qripin simptomlarını xatırladır: bədən hərarətinin qalxması, öskürək, boğaz ağrısı, öskürək, baş ağrısı, üşümə və zəiflik. Bəzi xəstələrdə qarın işləməsi və qusma halları qeydə alınıb. Meksikadakı hallar isə ağır formalı sətəlcəm xəstəliyini xatırladır. Mövsümi qriplər kimi «donuz qripi»nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.

Xəstəlikdən özünü və yaxınlarını necə qoruya bilərsən?

Həkimlər adi qrip epidemiyası zaman verdikləri məsləhətləri təkrar edirlər. Əlləri sabunla əsaslı şəkildə yumaq lazımdır, xəstə adamlarla yaxın kontaktdan çəkinmək və nəfəs yollarını tənziflə bağlamaq. Birdəfəlik burun dəsmallarından istifadə etmək və burunu siləndən sonra onu dərhal atmaq lazımdır. Tərkibində spirt olan məhlullar da yaxşı dezinfeksiya edir

«Donuz qripi»nə yoluxma hansı yolla baş verir?

Xəstəlik ilk növbədə artıq «donuz qripi»nə tutulan xəstə adamla yaxın ünsiyyət vaxtı, öskürək və asqırma zamanı ağız seliyi zərrəciklərinin havadan digərinin nəfəs yoluna düşməsi nəticəsində yayılır. Xəstə donuzların olduğu fermalardakı insanlar da xəstəliyə yoluxmaq təhlükəsi ilə üzləşirlər.

Xəstəliyin müalicəsi varmı?

Adı qripə qarşı effektiv olan preparatlar «donuz qripi»ni də müalicə edə bilir. Bu virusun «zamanvir» və «oseltamivir» preparatlarına qarşı müqaviməti hələ qeydə alınmayıb.

«Donuz qripi»nə qarşı peyvənd varmı?

Xeyr, belə bir peyvənd hələ yoxdur, alimlər onun yaradılması istiqamətində gərgin iş aparırlar.

«Donuz qripi» hansı müddət ərzində ətrafdakıları yoluxdura bilər?

Xəstə adamlar 7 günə yaxın bir müddətdə və nə qədər ki, xəstəlik prosesi davam edir, başqalarını da yoluxdura bilər. Uşaqlardan yoluxma təhlükəsi daha uzun müddətli ola bilər.

Xəstəlik ərzaqla keçirmi?

Xeyr, «donuz qripi»nə ərzaq və qida məhsulları ilə yoluxmaq təhlükəsi yoxdur.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.