Elm kəsb etməyin yolları » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Elm kəsb etməyin yolları
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » Elm kəsb etməyin yolları

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: Elm kəsb etməyin yolları
 
 
Müəllif: Zaur | 10 İyun 2010 | 12896 dəfə oxunub
http://zeka.az/576-elm-kjsb-etmjyin-yollard.html
 Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin: 
 
 
 

Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq 

 
  
 
Ayətəl-kürsü oxumaq 
 
 
 
Daim dəstəmazlı olmaq 
 
 
 

İki rəkət də olsa gecə namazı qılmaq 

 
  
 

Qarnını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: haqq (16 Oktyabr 2010 03:57)



Qrup: İstifadəçi
Tarix: 15.10.2010
Dirilik suyudur elmi insanın,
Xoşbəxtdir bu suyu içən inanın.
Kəşf etmək istəsən bir sirri əgər,
Biliksiz mətləbə çatarsan məgər!?
Nəfsin meşəsində kim azsa yolu,
Elmi qılınc olar, ağılsa qolu,
Etmə öz elmin ağıldan cüda,
Biləsən ta kimdir ağıl və xuda.
Bədəni ağılla yoğurmaq gərək,
Biliklə mələyə dönsün qoy ürək.
Elm sənin üzünü yola gətirər,
Sənə çıraq olub yara yetirər.
Maddi, ya mə`nəvi olsa da bilmək
Yenə bilməməkdən yaxşıdır, bişək!
Bir ovuc torpaqdır ruhsuz bir bədən,
Elmsiz bir ruhsa küləkdir həmən.
Bilik oyaqlıqdır, bilməmək yuxu,
O, səni gizlədər, aşkar edər bu.
Bilən ruh hamıyla olsa da yoldaş,
Bədənlə göylərdə uçar o birbaş.
Bu uzaq göylərin sirlərini biz
Dərk edə bilmərik, bil ki, elmsiz.
Elm ilə sularda üzər gəmilər,
Həm elmin gücilə gəmi düzələr.
Elm ilə dost olsan bu dünyada sən,
Sudan gəmisiz də gecə bilərsən.
Elmli it artıqdır nadan öküzdən.
Keçmişdir şəhər də kəndi bu üzdən.
İnsanı süst, tənbəl edər cəhalət,
Bilik quvvə verər, bir də cəsarət.
Göylərin hərəkət etməsi, de bir,
Elm ilə deyilsə, bəs nə ilədir!?
Bu qədər gördüyün işlər, peşələr,
Elmdən, düşüncədən doğmamış məgər!?
Bilik insanları ucaldar aya,
Nadanlıq korlar tək salar quyuya.
Elm ilə açarsa ürək gözünü,
Bil ki, yaradana tutar üzünü.
Bir kəs öz elminə inansa əgər,
İşi, əməlilə daim yüksələr.
Qəmlə cüt yaxşıdır, biliksiz insan,
Kələmi neyləyir ətsiz bir qazan!?
Sanki çör–çöp yanar, qızışsa nadan,
Yanar, alovlanar, kül olar haman.
Dəlinin biliyi olmaz biziyan,
Dəlidən düz əməl gəlməz heç zaman.
Alimin dövləti sonsuzdur, gerçək.
Tükənməz, məhv olmaz qiyamətədək.
Apara bilməzlər elmi oğrular,
Nə əcəl üstünə bir kölgə salar.
Onu məhv etməyi bacarmaz zaman,
Nə də seldən ona yetər bir ziyan.
Bilik özlüyündə qızıla bənzər,
Nə qədər köhnəlsə olar tazətər.
Elmdir nəfsi də xeyrə calayan,
Bir elm bundan artıq neylər, ey insan!
Elmdə hər şeydən vacibdir, gerçək;
İnsan öz zatını tanısın gərək.
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: müqəlid (5 Dekabr 2010 16:33)



Qrup: İstifadəçi
Tarix: 27.10.2010
elmi öyrənib əməl edəsən
Əməl edib xeyirə yetəsən
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.