Bitki aləmi və nizam dəlili » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əqidə » Bitki aləmi və nizam dəlili
 
 » Din » Əqidə » Bitki aləmi və nizam dəlili

     
 
Din » Əqidə: Bitki aləmi və nizam dəlili
 
 
Müəllif: Zaur | 10 İyun 2010 | 13091 dəfə oxunub
http://zeka.az/577-bitki-aljmi-vj-nizam-djlili.html

Bitki aləmi və nizam dəlili  

 Hikmətli Yaradanın varlığına dair ən aydın nəzm dəlili təkcə göy cisimləri, insan orqanizmi və ya digər canlılarla məhdudlaşmır, biz hətta bitkilərin quruluşunda, ölçüsündə hakimlik edən nizamın şərhi ilə də Allahın varlığına dəlil gətirə bilərik. Çünki hər bir varlığın dəqiq nizamı, onu yaradanın qüdrət və hikmətindən söz açır.

 Siz bitkilərdəki hüceyrələrin quruluşlarına diqqət etsəniz bütün hüceyrələrdə deyil, hətta bircə hüceyrədə belə, qüdrətli Allahın varlığına şahidlik edən dəlil görə bilərsiniz. Bitkilərin artımı dəqiq bir hesablama üzrə baş verir. Buna misal olaraq gülü göstərmək olar, bu bitki hər bir hissənin özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır:

1. Kasacıq – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.

2. Tac – yəni gülün ləçəkləri. O, İlahi nişanədir.

3. Gülün mərkəzi (qoxu kiusəsi). Gülün içərisində zərif bayraqlar şəklində erkəkcik saplar müşahidə olunur.Bu sapları gülün mərkəzi – qoxu kisəsi adlandırırlar. Erkəkcik sapların üzərində sarı və kiçik çıxıntılar vardır ki, ona erkəkcik deyilir. Erkəkciyin içərisində çox kiçik bir kisə vardır ki, tozcuq dənəcikləri bu kisənin içərisindədir. Tozluq kisəsindəki tozcuq dənəciklərini spermilər (rüşeym) adlandırırlar və spermilərin dişi hissəyə daxil olması nəticəsində gül toxumu əmələ gəlir.

4.  Dişicik: Gülün bu hissəsi gülün tam mərkəzində yerləşir. Dişiciyin yuxarı hissəsində xüsusi bir çıxıntı vardır ki, dişicik ağızcığı adlanır. Dişicik ağızcığının səthi yapışqanlı maye ilə doludur. Bu yapışqanlı mayenin funksiyası erkək dənəcikləri cəzb etmək, qorumaq və onların inkişaf edib böyüməsinə kömək etməkdir.

                        Bitkilərin mayalanma prosesi belə baş verir:

    Küləyin əsməsi nəticəsində tozluq kisələrini öz üzərində saxlayan nazik erkəkcik sapları hərəkət etməyə başlayır. Açılmış tozluq kisələri tozcuq dənəciklərini aşağısı geniş olan dişiciyin üzərinə səpir. Tozcuq dənəcikləri tozcuq girəcəyini keçdikdən sonra gülün rüşeym kisəsində dişi nütfə ilə qarışıb gül toxumunu əmələ gətirir.

 Gül dünyasındakı nizamdan danışdıqdan sonra bir bioloqun sözləri ilə bəhsimizi bitirmək istərdik:

 Bəşərin yaratmış olduğu hansı mexaniki alət yol kənarında bitən yonca ilə müqayisə oluna bilər? Bu yonca öz-özlüyündə inkişaf edən mexaniki maşındır və hər gün minlərlə fiziki və kimyəvi funksiyaları yerinə yetirir. Həmin funksiyalar təbii varlıqların yaşayışını təmin edən protoplazma adlı bir maddənin nəzarəti altında baş verir. Bu canlı maşın hansı qüdrətin yaratdığıdır? Allahdan başqası belə istedada malik canlı varlıq xəlq edə bilərmi? Bitki növlərindəki bu istedad bütün xüsusiyyət və nişanələri ilə bir nəsildən digər nəslə ötürülür.

 Biz biologiya dedikdə çox kiçik bir dünya qarşısında dayanmış oluruq və biologiyanın bu heyrətli hissəsi İlahi qüdrətin təcəllisinin nişanəsidir. Yonca toxumunun əsas nüvəsi öncələr olmayan yeni xüsusiyyətlər əmələ gətirir. Bu nüvə, hətta bir hüceyrədən belə bir neçə dəfə kiçikdir və yalnız güclü mikroskobla müşahidə olunur. Bəzən bu kiçik zərrələr lazım gəldiyində (əlbəttə çox nadir hallarda) öz əsil keyfiyyətlərini dəyişib yeni növ əmələ gətirirlər ki, öz qədim kökündən daha üstün olur. Canlı varlıqlarda mutasiya (yeni növü yaratma) qüdrətinin icadı və onlarda dəyişmə istedadının meydana çıxmasının özü İlahi hikmətin nişanəsidir.

Məlumatdan istifadə etdikdə istinad zəruridir! 





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 1
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.