Dünya üçün qorxulu xəbərdarlıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya üçün qorxulu xəbərdarlıq
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya üçün qorxulu xəbərdarlıq

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünya üçün qorxulu xəbərdarlıq
 
 
Müəllif: Carchi | 11 İyun 2010 | 12310 dəfə oxunub
http://zeka.az/579-dgnya-gggn-qorxulu-xjbjrdarldq.html

 

Dünya üçün qorxulu xəbərdarlıq

NASAnın yeni xəbərdarlıq hesabatına görə, nəhəng bir günəş fırtınasının potensial nəticələri ağır ola bilər. Günəşin çox isti iç seqmentində hərəkətə keçən plazma, xarici laydakı maqnetik sahələrdə davamlı bir dəyişməyə gətirib çıxaracaq

FaktXeber.com-un Almaniyanın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, NASAnın yeni xəbərdarlıq hesabatında nəhəng bir günəş fırtınasının potensial nəticələri barədə danışılır. Günəşin çox isti iç seqmentində hərəkətə keçən plazma xarici laydakı maqnetik sahələrdə davamlı bir dəyişməyə gətirib çıxaracaq. Bu da günəş fırtınaları olaraq bilinən, radiasiya yayan  və kosmosa yüklü zərrəciklər saçan şiddətli partlayışlara gətirib çıxaracaq. Bunun nəticəsində kosmik stansiyalar və peyklər ciddi şəkildə zərər çəkəcək.

Günəşdə nəhəng bir partlayış 1-2 sentyabr 1859-cu ildə nəhəng bir fırtınaya səbəb olmuş, bu fırtına Dünyaya da böyük ölçüdə təsir etmişdi. Bir neçə saat içində teleqraflar işləməmiş, saysız şəkildə yanğınlar baş vermişdi. Şimal Qütbü yaxınlığında Günəşlə əlaqəli bir hadisə olaraq, təbii fenomen kimi qəbul edilən Qütb Parıltısı Roma, Havana və Havay kimi cənub bölgələrində belə görünmüşdü. Növbəti partlayışın isə 2013-cü ildə başlayacağı bildirilir.

NASAnın Heliofizik şöbəsisi başçısı Richard Fischer, "Günəş dərin bir yuxudan oyanır və bir neçə il içində daha aktiv fəaliyyət gözləyirik. Eyni zamanda bizim texnoloji ətrafımız, günəş fırtınalarına qarşı bənzərsiz bir həssaslıq hazırlayıb. Bu iki problemin kəsişməsini müzakirə etmək üçün toplanacağıq" - deyib.

 

İlkin məlumatlara görə, böyük bir Günəş fırtınası 2005-ci ilin avqustunda ABŞın cənub-şərqində baş verən və 1800 adamın öldüyü Katrina qasırğasından 20 dəfə güclü olacaq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 2
Robot: 1
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.