İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əhkam » İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri
 
 » Din » Əhkam » İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri

     
 
Din » Əhkam: İslam mütəxəssislərinin (müctəhidlərin) şərtləri
 
 
Müəllif: muslim | 4 Sentyabr 2009 | 13009 dəfə oxunub
http://zeka.az/58-304slam-ixtisas231305lar305n305n.html

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

Keçən bəhsimizdə qeyd etdik ki, hər kəs özünə İslam dinində ixtisasçı deyə bilməz. Bunun üçün bir neçə şərtlər lazımdır. O şərtləri bilməklə həqiqi və yalançı alimləri biri-birindən ayırmaq olar. Dini mətnlərimizdə, yəni Peyğəmbər və onun Əhli beytinin (s) kəlamlarında həqiqi din ixtisasçıları üçün əlamətlər və yaxud şərtlər göstərilmişdir və müctəhidə təqlid dedikdə aşğıdakı şərtlər nəzərdə tutulur:

1.    İctihad (dini mətnlərdən sərbəst şəkildə Allahın hökmünü çıxarmağı bacarmalıdır).

2.    Yetkinlik yaşına çatmış olsun.

3.    Kişi olsun.

4.    Diri olsun.

5.    Halalzadə olsun.

6.    12 İmama əqidəsi olsun.

7.    Ağıllı olsun.

8.    Ədalətli olsun.

9.    Ehtiyat vacibə əsasən dövrün ən savadlısı olsun və dünya malına həris olmasın.

Gördüyünüz kimi, heç də həqiqi İslam ixtisasçısı olmaq asan deyil. Yuxarıda sadaladığımız şərtlərdən bəzisi (yetkinlik, kişi olmaq, diri olmaq) asan olsa da ədalətli, dövrünün ən savadlısı və dünya malına həris olmamaq çox çətin və mühüm şərtlərdəndir.

Ədalətli o adama deyirlər ki, ədalət sifətini özündə mələkə etmiş (yəni vərdişə çevirmiş) olsun. Ədalətli olmaq elə bir haldır ki, insanı təqvalı olmağa vadar edib, böyük günahlardan və kiçik günahlara israr etməkdən (yəni kiçik günahları təkrarlamaqdan) çəkindirir. Deməli, təkcə savadlı olmaq həqiqi din ixtisasçısı olamağa dəlil deyil. Əksinə, ədalətli olmaq lazımdır və  xalq arasında məşhur məsələ əsasən “oxuduğuna və elminə əməl etməlidir.” Başqa sözlə desək: əməlsiz alim olmamalıdır.

Yalnız bu zaman əhkam bəhsimizdə dediyimiz təqlidi o müctəhidə etmək olar. Dini termində yuxarıda saydığımız şərtləri olan müctəhidin buyurduqlarına (fətva və hökmlərinə) əməl etməyə “təqlid”, müctəhidin özünə “mərcəyi təqlid” və təqlid edən şəxsə müqəllid deyilir. İnşallah gələn bəhslərimizdə müctəhidin hansı elmləri bilməsinin vacib olduğunu vurğulayacağıq.



Gələcək bəhslərimizdə ehtiyat vacibin nə olduğunu oxucularımızın diqqətinə çatdıracağıq.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 1)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.