İnkişafın mərhələləri » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » İnkişafın mərhələləri
 
 » Sağlamlıq » Psixologiya » İnkişafın mərhələləri

     
 
Sağlamlıq » Psixologiya: İnkişafın mərhələləri
 
 
Müəllif: Zaur | 11 İyun 2010 | 13495 dəfə oxunub
http://zeka.az/581-dnkieafdn-mjrhjljljri.html

İnkişafın mərhələləri

    İlk illər: İnsanın yaşı dünyaya göz açdıqdan sonra hesablansa da, əslində hər fərdin inkişaf və həyatı doğumdan əvvəl, yəni nütfə bağlandığı andan başlayır ki, buna da embrional və ya bətindaxili inkişaf dövrü deyilir. Bu dövr insan üçün 10 mamalıq ayı və ya 280 gün (9 ay və ya 40 həftə) müddətinə başa gəlir. Kişi və qadın cinsiyyət hüceyrələri – spermatozaid və yumurta hüceyrəsinin (ovulasiyadan sonra) birləşləşməsi ilə mayalanma başlayır. 

    Ziqota əvvəlcə uşaqlıq borusuna düşərək çoxhüceyrəli rüşeymə çevrilir. Birinci gün iki, dördüncü gün 8-16 hüceyrə əmələ gətirir və uşaqlığa düşür. Spermatozaid başından quyruqcuğunadək 0,04 millimetr (ən kiçik bədən hüceyrəsi), yumurta və ya dişi hüceyrə isə mayalandığı zaman 0,1 millimetr (bədənin ən böyük hüceyrəsi) uzunluğunda olur. Bu nütfənin kamil inkişafı üçün keçən zaman müddətinə hamiləlik dövrü deyilir. Yeni orqanizmin antoqenezi, yəni fərdi inkişafı mayalanma baş tutduğu gündən başlayır. Beləliklə, hamiləlik üç mərhələni əhatə edir:

  1. Mayalanma – ziqota (latınca:zyote) mərhələsi. Bu təqribən 14 gün çəkir, yəni yumurta mayalandıqdan uşaq borusunda möhkəmlənənədək. Ziqota əvəlcə uşaqlıq borusunda bölünərək çoxhüceyrəli rüşeymə çevrilir.
  2. Bətindaxili inkişafın rüşeym və ya embrion (latınca: embryon) dövrü. Bu dövrün müddəti 2-ci həftədən 8-ci həftəyə qədərdir. Bədənin mühüm əzaları və fizioloji sistemi ən çox bu mərhələdə formalaşır.
  3. Bətindaxili inkişafın döl mərhələsi. Bu 8-ci həftədən doğum anına qədərki dövrü əhatə edir. Bu müddət ərzində digər üzvlər fərqli müqayisələrlə inkişaf etməyə başlayır. Sıra ilə mərkəzi əsəb sistemi, tənasül orqanı, bədənin dərisi, saç və dırnaqlar, gözlər və dad bilmə orqanı və s. orqanlar təkmilləşir. Hamiləliyin 28 həftəsi xüsusi əhəmiyyətə malikdir.Çünki bu zaman, yəni 7 aylığında dünyaya gələrsə dölün diri qalma ehtimalı daha güclüdür.

       Körpəlik dövrü doğuşla başlayıb iki il müddətinə davam edir və buna südəmərlik dövrü də deyilir. Körpə çarəsiz bir varlıq kimi görünsə də, təcrübələr körpələrin ətraf mühit müqabilində müxtəlif müqavimətlərə malik olduğunu göstərir. Məsələn, 1-2 günlük körpə müxtəlif dadlar arasında fərqi müəyyən edə bilir. Körpələr şirin mayelərə duzlu və ya acı mayelərdən daha çox üstünlük verirlər. Körpə insan səslərini başqa səslərdən daha çox xoşlayır. Onlar artıq bir həftə olduqda öz analarının səsini başqa qadın səslərindən ayırd edə bilirlər. İki həftəlikdə isə anasının simasını da seçə bilir. Gözlərimiz önündəcə körpə heyrətamiz sürətlə böyüyüb yeriyən və danışan iki yaşlı uşağa çevrilir. Bütün uşaqlarda heç bir təlim görmədən oturmaq, əlini əşyaya uzatmaq, iməkləmək və yerimək kimi məharətlər mövcuddur. Psixoloqların fikrincə mühitin təsiri nəticəsində inkişafın gedişatı sürətlənə bilər.

       Uşaqlıq dövrünü iki hissəyə ayırırlar. Birinci uşaqlıq dövrü 3-7 yaşa qədərki dövrü əhatə edir və ikinci uşaqlıq dövrü 7 yaşdan 12 yaşa qədərki dövrdür.

      Uşağın ikinci uşaqlıq dövrü valideyndən çox zəhmət tələb edir. Psixoloqlar bu dövrü təqlid dövrü adlandırırlar. Uşaqların bu yaş dövründə ən mühüm vəzifələri (hansı ki, tərbiyəçilər də bu məsələlərdə onlara yardımçı ola bilər) aşağıdakılardan ibarətdir:

  1. Adi oyunlar üçün lazım olan məharətlərin öyrədilməsi;
  2. Yaşıdları ilə rəftarların öyrədilməsi;
  3. Kişilik və qadınlığa məxsus ictimai və cinsi yönlərin oyanışı;
  4. Əxlaq inkişafı və dəyər meyarları;
  5. Oxumaq və yazmaq kimi əsas məharətlərin öyrədilməsi;
  6. Adi və gündəlik həyat üçün lazım olan məfhumların öyrədilməsi;
  7. Şəxsi müstəqilliyə çatmasını təmin etmək. 

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (2) Çap et
 
 

     
 
#1 Yazan: Zehra (9 Avqust 2010 10:26)



Qrup: Qonaq
Tarix: --
Kaş ki, Azərbaycan qadınları bu məlumatlara sahib olaraq övladlarını tərbiyə edəydilər
ICQ: --    
 
     
 

     
 
#2 Yazan: hacer (20 Sentyabr 2010 13:46)



Qrup: Qonaq
Tarix: --
cox gözel megale üçün sagolun.Cox işime yarayacagından eminem bu bilgilerin.
ICQ: --    
 
     
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 3
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.