Müsahibimiz ilahiyyatçı Ramin Əkbərlidir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz ilahiyyatçı Ramin Əkbərlidir
 
 » Xəbərlər » Müsahibələr » Müsahibimiz ilahiyyatçı Ramin Əkbərlidir

     
 
Xəbərlər » Müsahibələr: Müsahibimiz ilahiyyatçı Ramin Əkbərlidir
 
 
Müəllif: Elirza | 16 İyun 2010 | 12802 dəfə oxunub
http://zeka.az/589-mgsahibimiz-ilahiyyatgd-ramin-zhkbjrlidir.html

 Müsahibimiz İlahiyyatçı Ramin Əkbərlidir

Müsahibimiz “zeka.az” saytının əməkdaşı İlahiyyatçı Ramin Əkbərlidir. O, 24 iyul 1981-ci il Lənkəran şəhərində anadan olmuşdur. Bakı İlahiyyat Universitetinin xətti ilə təhsilini Misirdə davam etdirmişdir. Evlidir və iki uşağı var.

 – Sizi xoş gördük Ramin müəllim. Rəcəb ayı ilə əlaqədar bir ilahiyyatçı kimi sizdən müsahibə götürmək istəyirik.  Əvvəlcə ürək sözlərinizi eşitmək istərdik.

 – Bismillahir rəhmanir rəhim.

 İlk öncə sizləri Rəcəb ayının gəlməsi münasibəti ilə təbrik edirəm və zeka saytına bu mübarək günlərdə Allahdan gözəl nailiyyətlər  arzu edirəm.

 Sual: Mübarək rəcəb ayının xüsusi əməlləri haqqında məlumat verərdiniz

 Allah-taala öz bəndələrinə daha rəhimli oldugu üçün, bəzi aylara, günlərə və gecələrə böyük qiymət vermişdir. Bunun da səbəbi insanların bu ay və günlərdə bir çox mənfəətlər əldə edə bilməsidir və bir növ şansdır. Allah-taala bu zamanlarda ediləcək olan dua və ibadətləri, xüsusən də tövbələri qəbul edəcəyini bildirmişdir. Bu mühüm üç ayın ilki də Rəcəb ayıdır. Rəcəb ayının hər gecəsi qiymətlidir. Rəcəb ayının bir çox əməlləri vardır ki,yerinə yetirilməsi xüsusi qeyd olunmuşdur. İmam Sadiq (ə.s) həzrət Peyğəmbərdən nəql edib buyurur ki, Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır. Bu ayda günahlarınızın bağışlanmasını diləyin ki, Allah-taala bağışlayan və mehribandır. Belə ki, hər kəs Rəcəb ayında bir gün oruc tutsa Allahın razılığını qazanar və ilahi qəzəb ondan uzaq olar. Hər kəs üç gün oruc tutmuş olsa behişt ona vacib olar, əlbəttə ki, orucunu qorumaq şərti ilə. Bu ayda gərək tövbə çox edəsən, çünki hədislərdə də gəlmişdir ki, bu ayda “Əstəğfirullahə və əsəluhut-təubə” zikrini çox demək lazımdır. Bu ayın mühüm əməllərindən biri də imkansızlara əl tutub kasıblara sədəqə verməkdir. Əli (ə.s) buyurub: Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah onu elə əzizləyər ki, o cür əzizləməni nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın xəyalına gəlib. Rəcəb ayının əməllərindən biri də etikaf saxlamaqdır. Etikaf müstəhəb əməllərdən biri hesab olunur, məxsusi günləri 13,14,15-i Rəcəbdir ki, onu məsciddə yerinə yetirmək lazımdır. Əgər insan iki gün etikaf saxlasa 3-cü günün etikafı ona vacib olar. Etikafda olan şəxs bu 3 gün ərzində yalnız zəruri halda məsciddən çölə çıxa bilər. Rəcəb ayının 13-cü gecəsində həmçinin 2 rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın qılınma qaydası belədir: hər rəkətdə Həmddən sonra bir dəfə Yasin surəsi, bir dəfə Mülk, bir dəfə də İxlas surəsi deyilməlidir.                                                   

 Sual: Bu ay digər 11 aydan nə ilə fərqlənir?

 Rəcəb ayı mübarək Ramazan ayına hazırlıq ayıdır. Rəcəb ayının üstünlüyü haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Allah Rəsulu buyurur: Rəcəb ayı böyük aydır, hörmət və fəzilətdə heç bir ay ona çatmaz. Kafirlərlə müharibə bu ayda haramdır. Rəcəb Allahın ayı, Şəban mənim ayım, Ramazan isə ümmətin ayıdır. Rəcəb ayının digər aylardan bir fərqi də budur ki, Amul-fil ilinin 30-cu ilində, hicrətdən 23 il əvvəl Rəcəb ayının 13-ü Həzrət Əli (ə.s) Kəbə evində dünyaya göz açmışdır. Bu ayın üstünlüyü həm Allah ayı olması, həm də Mövlamızın məhz  bu ayda Allah evində dünyaya göz açmasıdır.

 Sual: Rəcəb ayı ərəb aylarından birinin adıdır. Sizcə bir ayın insan həyatına nə kimi təsiri ola bilər?

 İlk öncə bayaq qeyd etdim ki, bu ay haram aylardan biridir, hətta kafirlərlə belə müharibə etmək olmaz. Bu ayda insanlar özlərini məxsusi olaraq  əxlaqi cəhətdən təmizləməli, oruc tutmalı, sədəqə verib Allah bəndələri ilə daha mülayim davranmalıdır. Eyni zamanda bu ayda Allahın rəhməti insanların üzərinə nazil olar.Əgər insanlar bu ayın vacib və müstəhəb əməllərinə riayət etmiş olsalar əlbəttə ki, Rəcəb ayının təsirini görərlər. Ən əsas təsir o ola bilər ki,insan kamala çatıb mərifətullaha yetişər.

 Sual: Sonda bizə diləkləriniz?

 Bir daha sizlərə təşəkkür edirəm, mübarək Rəcəb ayında sizlərin və bütövlükdə Azərbaycan xalqının etdiyi dua və ibadətlərin qəbul olmasını Allahdan diləyirəm. Allah bu ayın rəhmət və məğfirətini üstümüzdən əskik etməsin.

                                             Müsahibəni apardı Ceyhun Məmmədov

     Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.