Bütün Həmd və Sənanın aid olduğu Uca Allahın adı ilə başlayırıq » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 6, çərşənbə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Din » Əxlaq » Bütün Həmd və Sənanın aid olduğu Uca Allahın adı ilə başlayırıq
 
 » Din » Əxlaq » Bütün Həmd və Sənanın aid olduğu Uca Allahın adı ilə başlayırıq

     
 
Din » Əxlaq: Bütün Həmd və Sənanın aid olduğu Uca Allahın adı ilə başlayırıq
 
 
Müəllif: Admin | 4 Sentyabr 2009 | 12293 dəfə oxunub
http://zeka.az/59-b252t252n-h601md-v601-s601nan305n-aid-oldu287u.html

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

Keçən məqaləmizdə uca Allahın ən üstün məxluqu olan “İnsan” və onun mahiyyəti haqqında söhbət açdıq. Qeyd etdik ki, insan iki: maddi (yəni cisim) və ğeyri maddi (yəni ruh) varlıqlardan tərkib tapıb. Hər iki yönün də insanın tam səadətə yetişməsi üçün sağlamlığı zəruridir. Amma əbədi (ölməz) olan Ruhun sağlamlığı daha böyük əhəmiyyət  kəsb edir.

Mən üzümü dünyanın təsadüfən partlayış nəticəsində və yaxud başqa təsadüf üzrə yaranmasına etiqad edən naşükür sərsəmlərə yox, uca Tanrının varlıqları hikmət əsasında yaratdığına etiqad edən hörmətə layiq şəxslərə tutub soruşuram: İnsanın bu dünyaya zəif, aciz halda gələrək uzun bir ömr yaşayıb yenə də zəif, aciz halda bu dünyadan köçməsindəki hikmət nədir? Dünyaya gələn hər bir şəxs ilk vaxtlar həyatda qalmaq üçün tələb olan qidanı zəiflikdən özü müstəqil əldə edə bilmir və nəhayət, qocalıb-əldən düşdükdə yenə də nəinki tələb olunan qidanı, hətta təbii ehtiyaclarını belə yerinə yetirə bilmir. Axı bu nə üçün baş verir? Əgər unutsaq ki, insan tam maddi varlıq deyil, bu sual ömrümüzün sonuna qədər cavabsız qalar və bunun qarşısını almaq üçün tam aciz olduğumuz halda bizə əziyyət verər. Yaxşı, unutmasaq nə baş verəcək? Görəsən bizə ruh haqqında az məlumat verildiyi bir halda bir şey edə bilməyəcəyik?

Bəli, biz bu dünyadakı həyatdan hədəfi anlayacağıq. Bizi Yaradanla bizim aramızda olan son elçisinin (MUHƏMMƏD (s)) sözlərinə diqqət edin: “İnni buistu li utimmə məkariməl əxlaq ” - yəni həqiqətən mən, ancaq və ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim. Bəşərin içindən ən üstünü Tanrı tərəfindən son bir şəxs olaraq seçilib qiyamətə qədər Xaliqin məxluqata istəyini bu müxtəsər kəlmələrlə bizə çatdırır: Gözəl əxlaqı tamamlamaq!...

Gözəl əxlaq?! Əxlaq nədir ki, Allah-Taala ən son peyğəmbəri olan Muhəmmədi (s) ancaq və ancaq onu tamamlamaq üçün göndərib? Məgər əxlaqın gözəl olmayanı da var?!

Əxlaq - ərəb mənşəli sözdür və insan ruhunun əməllər ilə göstərdiyi xüsusiyyətlərə deyilir. Sözsüs ki, insan ruhu gözəl və çırkin xüsusiyyətlərə malik ola bilər. Deməli, insanın bu dünyaya gəlməkdə hədəfi zəif gəlib zəif  də getmək deyil, ruhunu gözəl xüsusiyyətlərlə zinətləndirib ətirləndirməkdir. Bununla da əbədi səadəti, cənnəti qazanmaqdır.




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.