Fransada ölənlərin sayı 20-ə yüksəlib » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 9-u, cümədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Fransada ölənlərin sayı 20-ə yüksəlib
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Fransada ölənlərin sayı 20-ə yüksəlib

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Fransada ölənlərin sayı 20-ə yüksəlib
 
 
Müəllif: Carchi | 17 İyun 2010 | 12209 dəfə oxunub
http://zeka.az/590-fransada-gljnljrin-sayd-20-j-ygksjlib.html

Fransada ölənlərin sayı 20-ə yüksəlib  

Daşqın ölkənin nəqliyyat sisteminə də ciddi ziyan vurub

FaktXeber.com-un verdiyi məlumata görə, Fransada təbii fəlakət qurbanlarının sayı artır.  Ölkənin cənub-şərqində təbii fəlakət qurbanlarının sayı 20-ə çatıb. Həlak olanların hamısı Var departamentinin sakinləridir. Departamentdə hazırda fövqaladə vəziyyət elan edilib. Ən çox maddi ziyan da Var departamentinə dəyib. Bu ərazidə onlarla rayon tamamilə suyun altında qalıb. Mütəxəssislərin sözlərinə görə, sonuncu dəfə Varda belə daşqınlar 1827-ci ildə qeydə alınıb. Yalnız Frejyus şəhərindən 1500 sakin evakuasiya edilib. Sel suları bir çox elektrik dirəklərini qırıb. Nəticədə 100 minə yaxın insan ışıqsız qalıb. Telefon rabitəsi də kəsilib. Hökümət yaxın zamanda departamentdə ərzaq və içməli su çatışmazlığının ola biləcəyini istisna etmir.

Daşqın ölkənin nəqliyyat sisteminə də ciddi ziyan vurub. Belə ki, Tulon şəhəri ilə Nitsa arasındakı dəmiryolu xəttləri bir neçə günlük bağlanıb. Tulon şəhər aeroportu da bağlanıb. Nəticədə onlarla reys təxirə salınıb. Ölkənin bir çox yolları da bağlıdır. Sel bir çox yolları yuyub, bəzi avtomobil yolları tamamilə sıradan çıxıb. Yollarda 10 km-lə uzunluğu olan tıxaclar yaranıb.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 7
Robot: 2
Qonaq: 5
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.