İmamzadə yenidən bərpa edildi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Tarixi abidələr » İmamzadə yenidən bərpa edildi
 
 » Elm və mədəniyyət » Tarixi abidələr » İmamzadə yenidən bərpa edildi

     
 
Elm və mədəniyyət » Tarixi abidələr: İmamzadə yenidən bərpa edildi
 
 
Müəllif: Elirza | 17 İyun 2010 | 12639 dəfə oxunub
http://zeka.az/591-dmamzadj-yenidjn-bjrpa-edildi.html

Pir xeyriyyəçi Əlirza Qafarovun dəstəyi ilə yenidən bərpa olundu
  Masallı rayon Hişkədərə İmamzadəsinin çox qədim tarixi var. Onun nəsil şəcərəsi 7-ci İmam Museyi Kazıma (ə) gedib çıxır. Hələ uşaqlıqdan ata-babalarımızın İmamzadənin ziyarətinə getdiyini görərdik. Onlar çox vaxt İmamzadəyə gedərkən istəkli uşaqları da özləri ilə aparar, onun türbəsindən balaca fidanlarımızın alnına çəkərdilər. Həmişə o türbəyə gedəndə qoca bir kişinin qəbrin yanında oturduğunu görərdim. Sonradan məlum oldu ki, onun adı Molla Höccətdir. Bu kişi İmamzadənin qapısını səhərlər açar, onun xidmətində durar, xuddamlıq edərdi. 
  Zaman keçdi. Hər yerdə olduğu kimi Masallı rayonu Hişkədərə kəndindəki  İmamzadə Piri də baxımsızlıqdan bərbad hala düşdü. Lakin kəndin milli-mənəvi dəyərlərə, dini abidələrə hər zaman yüksək hörmət qoyan gəncləri, imkanlı şəxzsləri İmamzadə Pirinin tamamı ilə sıradan çıxmasına imkan vermədilər.

Bəli, bu gün sevindirci haldır ki, biz Hişkədərə İmamzadəsi ilə bağlı tarixi sənədləri kitabə şəkilində divarlarda oxuyuruq. Bu işin təşəbbüskarı isə kənd sakini Nəriman Qafarovdur. Nəriman Qafarov görülən işlər üçün heç bir maddi maraq güdmədiklərini vurğulayıb. O, İmamzadə Pirinin yenidən bərpası və ətraf sahənin genişlənməsi üçün Masallı rayon İcra Hakimiyyətinin də əlindən gələn köməyi göstərdiyini vurğulayıb.  
Kitabədə oxuyuruq: “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Masallı rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən qorunur. İmamzadə Piri. XVI əsr”
  Abidə Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən Təbriz firmasının Baş direktoru Əlirza Nəriman oğlu Qafarovun şəxsi vəsaiti hesabına tikilib. 
  Ə.Qafarov 1985-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Ə.Qafarov Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. İqtisad elmləri doktoru - alimlik dərəcəsi var, professorudur. Ə.Qafarov həmçinin 2 elmi kitabın müəllifidir. 
  Ə.Qafarovu Rusiyada, xüsusən də Moskva şəhərində xeyirxah bir azərbaycanlı kimi tanıyırlar. Onun firmasında 300 nəfərə qədər adam gündəlik bir dəfə pulsuz yeməklə təmin olunur. Təkcə bu fakt onu deməyə əsas verir ki, Ə.Qafarov həqiqətən təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda da bu xoş əməlindən əl çəkmir. 
Milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ə.Qafarovun qəlbində İslam dininə böyük məhəbbət var. O hər hansı bir işi görmək istəyəndə uşaqlıqdan ziyarət etdiyi İmamzadəni gözünün önünə gətirir və işi çox asanlıqla həll olur. Ə.Qafarov İmamzadənin bərpasına sidq-ürəklə girişir və qısa bir zaman ərzində Hişkədərə kəndində tarixi, milli, mənəvi və dini dəyərləri özündə ehtiva edən gözəl bir abidə ortaya qoyur. 
  İmamzadənin yenidən qurulması zamanı abidənin qədimliyi yerində qalmış, milli memarlıq üslubundan kənara çıxmamışdır. 
Ə.Qafarovun təşəbbüsü ilə İmamzadə Pirinin həyətində 120-dən artıq müxtəlif növ meyvə ağacları əkilib. Bu ağacların da böyük əksəriyyəti xaricdən gətizdirilib. İndi bu ağaclar İmamzadə Pirinin həyətinə xüsusi gözəllik verir. 

X
eyirxah tədbirlər evi 
  Ə.Qafarov İmamzadə Pirinin yaxınlığında Xeyirxah Tədbirlər Evi adlı gözəl bir bina da inşa etdirmişdir. Orada İmamzadə Pirinin ziyarətinə gələnlər üçün gözəl şərait yaradılmışdır. Uzaqdan gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır.  
Xeyirxah Tədbirlər Evində həkimlər üçün də bir otaq ayrılıb. Ora gələn zəvvarların hər hansı bir problemi ortaya çıxarsa, onlara pulsuz tibbi xidmət göstərilir.  
  Qeyd edək ki, bu günlərdə İmamzadə Pirinin yenidənqurulmadan sonra və Xeyirxah Tədbirlər Evinin açılış mərasimi olub. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirtağı Təhməzov,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi ilə iş şöbəsinin müdiri, ziyalılar və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən hər bir iştirakçı Ə.Qafarovun təşəbbüsünü alqışlayıb və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Hazırladı Ceyhun Məmmədov

Məlumatdan istifadə etdikdə istinad zəruridir!





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 2
Qonaq: 1
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.