Cəlaləddin Rumi » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Cəlaləddin Rumi
 
 » Elm və mədəniyyət » Dahilər » Cəlaləddin Rumi

     
 
Elm və mədəniyyət » Dahilər: Cəlaləddin Rumi
 
 
Müəllif: Zaur | 5 Sentyabr 2009 | 15219 dəfə oxunub
http://zeka.az/60-c601lal601ddin-rumi.html
alt

BİSMİLLAHİR RƏHMANİR RƏHIM

Mövlana kimi tanınmış Cəlaləddin Məhəmməd ibn Bəhaəddin Məhəmməd əl Bəlxi dünyanın məşhur arif və şairlərindən biri, mövlana sufi qardaşlığının banisi olmuşdur. O,1207-ci ildə şimali Əfqanistanın Bəlx məntəqəsində anadan olmuşdur. Atası Məhəmməd Hüseyn Xatib Bəlxi Xarəzmşahlar dövlətinin tanınmış fiqh və din təbliğatçısı kimi məşhur idi. Məhəmməd Hüseyn o zamanlar məşhur olan Nəcməddin Kubranın nəzəriyyəsinə əsaslanan sufi dairələri ilə sıx əlaqə saxlayırdı. O, 1215-ci ildə öz xütbələrində ifşa etdiyi Xarəzmşah Ələddinin təqiblərindən ehtiyat edərək ailəsi ilə birlikdə Bəlx şəhərini tərk edir. Bir neçə il kiçik Reynanın ayrı-ayrı məntəqələrində yaşadıqdan sonra, nəhayət 1228-ildə ailəsi ilə birlikdə Konya şəhərində məskunlaşır və ordakı dini hövzəyə - mədrəsəyə rəhbərlik etməyə başlayır. Məhəmməd Hüseynin vəfatından sonra həmin mədrəsənin rəhbərliyini  oğlu Cəlaləddin Rumi öz üzərinə götürür. 1232-1239-cu illərdə Hələb və Dəməşq şəhərlərində öz elmi səviyyəsini yüksəldən Rumi bu aralarda Seyyid Burhanəddin Mühəqqiq Tirmizi ilə tanış olur və ondan irşad etmək (irfanda yol göstərmək) icazəsi alır. Sonra Konyaya qayıdaraq öz işini davam etdirir və əlavə olaraq mədrəsələrdə məruzələrlə çıxış edir, məscidlərdə xütbələr oxuyurdu. Elə həmin vaxtlar Cəlaləddin Rumi sufi qardaşlığının təməlini qoyur.

Tanrı 1244-cü ildə Rumini tam dərviş həyatı keçirən arif Şəmsəddin Məhəmməd Təbrizi ilə qarşılaşdırır.Təbrizinin irfana aid fikirləri Rumiyə dərin təsir bağışlayır. Cəlaləddin Rumi öz dövrünə qədər mövcud olan idraki və təfəkküri sufiliklə, xüsusən də İbn Ərəbinin “Vəhtədəl-vücud” təlimi və praktik irfan məktəblərinin təlimləri ilə yaxından tanış idi. Amma buna baxmayaraq, Rumini irfanda özünəməxsus və xüsusi bir yolu olmamışdır. Cəlaləddin Ruminin fikirlərinə əsasən Allah mütləq dərk olunmazdır. Allah bütün mövcudların yaradıcısıdır, istər onlar varlıq aləmində olsunlar, istərsə də qeyri varlıq aləminə keçmiş olsunlar. Rumiyə görə, insan Allahı duyğu və hislərlə deyil, məhz sonsuz eşqlə dərk edə bilər. Rumi nəzəriyyəsinə əsasən, aləmdə yeganə və daimi olan dairəvi bir hərəkət vardır ki, bu hərəkət Yaradandan yaranmışa – yəni yuxarıdan aşağıya və yaranmışdan Yaradana doğru – yəni aşağıdan yuxarıya izlənir. İki qövsdən ibarət olan bu dairəvi hərəkət aləmdə bütün hadisələri – istər canlılar, istərsə də cansızlar aləmini əhatə edir. Bu dairədə dövr edərək varlıq dəyişir və hətta öz ziddinə çevrilə bilir. İlahi varlıq olan insan isə bu dairədə hərəkət edərək mütləq Ruhun – Allahın substantiv sifətlərindən hissəciklər qazanır, hansı ki, onun fitrətində, fərdi ruhunda hissəciklər qoyulmuşdur və insanın öz Tanrısına tərəf meyli, Onunla birləşmək arzusu da məhz belə qaynaqlanır.

Cəlaləddin Rumi çoxlarının onun haqqında dediyi kimi panteist (Allahla təbiəti eyniləşdirən, fövqəltəbii ilahi qüvvəni rədd edən) olmamışdır. Belə ki, o öz baxışlarında sufiliklə - irfanla İslam ilahiyyətçiliyi arasında tarazlıq yaratmağa çalışmışdır. Başqa sufi ariflərindən fərqli olaraq Rumi müsəlmana aid olan əməli ibadətləri – namaz, oruc, həcc ziyarəti və s. hər bir sufi üçün vacib saymış və bu ibadətlərin yerinə yetirilməsini sevənin öz sevgilisinə hədiyyəsi kimi qəbul etmişdir.

Cəlaləddin Rumi dünya ədəbiyyatı üçün şer və nəsr şəklində böyük bir əbədi irs qoymuşdur. Baxmayaraq ki, onun əsərlərindən yalnız “Məktublar” və Məsnəvinin ilk 18 beyti şəxsən öz əli ilə yazılmışdır, qalan əsərləri isə onun müridləri tərəfindən toplanmış və qələmə alınmışdır. Ruminin divanı 8 cilddən ibarət şerlər, qəzəllər, qəsidələrdən təşkil olunmuşdur. Onun şer və qəzəlləri əsas etibarilə sufi məclisləri üçün yazıldığından yüksək duyğu və ruh coşğunluğu yaradan ritmik və axıcı, könül oxşayan bir şəkildədirlər. Demək olar ki, şairin bütün şerləri Allaha olan təmənnasız məhəbbətin tərənnümüdür. Cəlaləddin Ruminin “Məsnəviye-mənəvi”si batini hisslər haqqında poema 8 cilddən - 25632 beytdən ibarətdir ki, bir başa şairin öz dilindən müridləri tərəfindən qələmə alınmışdır. Mövləvişünaslar deyirlər ki, o, özünün bütün etiqadlarını poemanın əvvəlki 63 beytində vermiş, sonrakı neçə min beyt isə bu beytlərin şərhidir. Yəni “hər şey öz əslinə qayıdır” fəlsəfi fikrinin izahıdır. Poema tam şəkildə 1272-ci ildə müəllifin öz tərəfindən redaktə olunmuş və təşəkkür əlaməti olaraq Hüsaməddinə həsr edilmişdir ki, sonralar bu kitabı elə onun adı ilə “Hüsam-namə” adlandırmışlar. Fars poeziyasının və Rumi yaradıcılığının yüksək zirvəsi olan bu əsər demək olar ki, şer şəklində yazılmış mükəmməl bir sufilik risaləsidir. Rumi özü “Məsnəviye-mənəvi”ni Quranın batini mənalarını açıqlayan bir əsər kimi tanıtdırır. Qəbul olunmuş nəzərə görə, Ruminin bu əsəri qeyri-iradi yazılmış bir əsərdir, onun heç bir xüsusi qəlibi, dəqiq sujeti yoxdur. Yəni şair bu əsəri əvvəlcədən yazmağa hazırlaşmadan, nə alınacağını bilmədən qəlbindən dilinə axanı qələmə almışdır. Əsərdə demək olar ki, əsas fikir gücü Ruminin çox şaxəli nəzəri məqamları ilə ayrı-ayrı nəzəriyyələrin uzlaşdırılmasına, ayrı-ayrı elmi-irfani nəzəriyyələr arasında əlaqənin yaradılmasına verilmlşdir, baxmayaraq ki, bəzi fikirlər əsərdə sanki qəsdən pərdələnmişdir. Bununla belə əsərdə yeganə irfan, yaxud əxlaqi mərifət yolunu izləmək olur.

Müəllifin başqa bir əsəri “Fihi ma fihi” (əsərin adı İbn Ərəbinin qəsidəsindən götürülmüşdür) onun ölümündən sonra müridləri tərəfindən toplanmışdır ki, əsər əsas etibarı ilə Ruminin öz tələbələrinin sufiliklə bağlı suallarına verdiyi cavablardan ibarətdir. Bu əsəri “Məsnəviye-mənəvi”nin nəzəri və əməli təfsiri kimi qəbul etmək olar. Əsərdə Rumi ilə sultanlığın əvvəl vəziri, sonra isə hökmdarı olan Muinəddin Pərvanənin siyasi söhbətləri qələmə alınmışdır.

 “Məvaizəl-məcalis əs-səba”əsəri Cəlaləddin Ruminin ritmik və ornamental bir şəkildə yazdığı nəsihətlər, Yaradana həmd və səna, Peyğəmbər (s) şəninə təriflər, bəzi hədislərin şərhi və sairədən ibarətdir ki, bu əsərdə müəllif sırf sufiliyə yer ayırmamışdır.

Cəlaləddin Ruminin şah əsəri isə “Batini sətirlər”dir ki, burada o, başqa sufi yazıçıları kimi öz nəzəriyyələrinin təlimlərini məharətlə formalaşdırır və eyni zamanda da bəzi fikirləri məharətlə pərdələyir. Fikirlərin pərdə arxası deyilməsi üslubu müəllifə imkan verir ki, səviyyəsi müəllifin öz səviyyəsindən yüksək olmayan başqaları onu oğurlayıb əsərindən istifadə edə bilməsinlər və eyni vaxtda da yüksək sənət əsəri, şer zirvəsi maraqlı tarixi hadisələrlə maraqlanan hər kəs, öz idrak qüvvəsini inkişaf etdirmək istəyən hər kəs əsərdən yüksək səviyyədə istifadə edə bilsin.

Cəlaləddin Rumi öz yüksək səviyyəsi, zəmanəsində yaşayıb yaratmışlardan üstünlüyü, öz abidlik və şairliyi ilə sufi tənqidçilərinə demək olar ki, əsərlərinin tənqidi üçün zəif bənd buraxmamışdır. Baxmayaraq ki, o, özünün şairlik və ədəbiliyini sufi olmaq şərəfinin yanında ikinci dərəcəli saymışdır.

Çalışma gücü:

-    İki quşu bir-birinə bağlasan uça bilməzlər, baxmayaraq ki, qanadlarının sayı dörd olmuşdur.

Bayquş:

-  Yalnız şirin nəğməli quşları qəfəsə salarlar, kimdir bayquşu qəfəsdə saxlayan?!   

Söz və əməl:

- Səfehin özü sənə nə qədər vəfalı olsa da, axırda onun ədəbsizliyi və mərifətsizliyi sənə zərər yetirər ”.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 1
Robot: 1
Qonaq: 0
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.