Aristotel » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Dahilər » Aristotel
 
 » Elm və mədəniyyət » Dahilər » Aristotel

     
   
 
Müəllif: Zaur | 18 İyun 2010 | 13718 dəfə oxunub
http://zeka.az/600-aristotel.html

Aristotel

  Aristotel bizim eramızdan əvvəl 384-cü ildə Afinadan 200 mil şimalda yerləşən Taqar adlı bir Makedoniya şəhərində anadan olmuşdur. Onun  atası Makedoniya çarı və Makedoniyalı İsgəndərin babası olan Amiptasın dostu və həkimi idi. Aristotelin özü də, deyəsən, Böyük Tibb Cəmiyyətinin üzvü idi. O, sonrakı filosoflar dini ruhda tərbiyə olunduğu kimi,  təbabət ruhunda tərbiyə olunmuşdu. O, insan zəkasının elmi yönümünü inkişaf etdirmək üçün hər cür imkana və qətiyyətə malik idi. O lap başlanğıcdan elmin banisi olmaq üçün hazırlanmışdı.

  Onun gənclik illəri ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayət onu belə təqdim edir: “ Atasının var-dövlətini təmtəraqlı həyata israf etdikdən sonra o, aclıqdan yaxa qurtarmaq üçün orduya qoşulur, sonra həkimlik praktikası ilə məşğul olmaqdan ötrü Stagirə qayıdır və otuz yaşında ikən Platondan fəlsəfəni öyrənmək üçün Afinaya gedir ”. Aristoteli daha ləyaqətli obrazda təqdim edən digər rəvayətə görə isə o, Afinaya on səkkiz yaşında gəlmiş və özünü böyük Ustadın himayəsinə təhvil vermişdi. Onun ağılsız və qayğısız gəncliyinin, gur həyatının əks-sədası doğruya bənzər olan bu rəvayətin özündə də kifayət qədər var. Bir sözlə, bizim filosof hər iki rəvayətdə öz lövbərini nəhayətdə, Akademiyanın sakit meşələrinə salır.

     O, Platonun nəzarəti altında səkkiz və ya on il təhsil almışdır və əslində nüfuzlu Platon Aristotelin mülahizələrinə uzun müddət təsir etmişdir, hətta bu mülahizələr antiplatonik səciyyə daşıdıqda belə. Təsəvvür edin ki, bunlar ən xoşbəxt illər idi, heç kəslə müqayisə oluna bilməyən bir müəllimin rəhbərliyi altında olan bu zəkalı şagird fəlsəfə bağında gəzişən yunan aşiqlərinə bənzəyirdi. Onları demək olar ki, yarım əsr ayırırdı. İllər arasındakı uçurum üzərindən körpü salınması və mənəvi dünyalar arasındakı uyğunsuzluğun aradan qaldırılması çətin anlaşılandır. Platon özünü bu yeni, qəribə, Afinaya afinalıların vəhşi şimal kimi tanıdıqları məkandan təşrif buyuran şagirdinin böyüklüyünü etiraf edirdi.

   Qədim dünyada belə bir şayiə gəzirdi ki, Ustadı bu hiyləgər, lakin çalışqan olan tələbəsi ilə əsasən, necə deyərlər kitab qurdu olmasına görə maraqlanırdı. Əsl qalmaqal Platonun həyatının sonuna yaxın başladı. Bizim bu təkəbbürlü gənc çox yəqin ki, özündə öz mənəvi atasına qarşı nəsə bir “ Edib kompleksi ”ni inkişaf etdirmişdi və eyham vurmağa başlamışdı ki, müdriklik heç də Platonla birlikdə ölməyəcəkdir. Ahıl müdrik isə özünün bu şagirdi haqqında deyirdi ki, o, anasının döşlərini əmərək qurutduqdan sonra onu təpikləyən dayçaya bənzəyir.

  Onun həyatının Afina dövrü ilə bağlı digər insidentlər isə daha problematikdir. Bəzi bioqrafların bizə danışdıqlarına görə, Aristotel Sokratla rəqabətə girərək natiqlik məktəbinin də əsasını qoymuşdu. Bu məktəbdə onun şagirdləri arasında varlı Hermias da olmuşdu. Hermias tezliklə Atarnus şəhər-dövlətinin hökmdarı oldu və Aristoteli öz sarayına dəvət etdi. Bütün bunların baş verdiyi b.e.ə. 344-cü ildə o öz müəlliminin göstrədiyi qayğıya mükafat olaraq onu öz yaxın adamlarından biri ilə evləndirdi. Həmin şəxs onun bacısı və ya bacısı qızı idi. Tarixçilər bizdə belə bir əminlik yaratmağa tələsirlər ki, Aristotel dahi olduğu qədər də xoşbəxt imiş, öz xanımı ilə kifayət qədər xoş bir həyat yaşamış, ən zərif duyğularının onunla bağlı olduğunu demişdir. Düz bir ildən sonra isə Makedoniya kralı Filipp Aristoteli özünün Pelladakı sarayına çağırdı və İsgəndərin təhsilini ona həvalə etdi. O zamanın ən böyük hökmdarı gələcəkdə dünyaya sahib olacaq oğlu üçün müəllim axtarırkən məhz Aristoteli seçmişdi.

  Filipp qərara gəlmişdi ki, onun oğlu təhsildə hər cür üstünlüyə malik olmalıdır, onun üçün saya-hesaba gəlməyən layihələr hazırlamışdı. B. e. ə. 356-cı ildə onun tərəfindən Frakiyanın işğal olunması ona qızıl mədənləri üzərində hakimiyyət verdi. Onun xalqı güclü, enerjili kəndlilərdən və döyüşçülərdən ibarət idi və hələ ki, şəhər cah-calalı və qəbahətləri ilə korlanmamışdı. Filipp istəyirdi ki, Yunanıstanı birləşdirərək və gücləndirərək dirçəltsin, onu dünyanın siyasi mərkəzinə və dayağına çevirsin. B. e. ə. 338-ci ildə Xeroneyada afinalıları məğlub etdi və nəhayət ki, Yunanıstanı zəncirlə də olsa birləşdirmiş gördü. Sonra bu qələbəyə istinad edərək özünün və oğlu İsgəndərin dünyaya necə sahib olacağını və dünyanı necə birləşdirəcəyini planlaşdırdığı bir zamanda qətlə yetirilərək öldürüldü.

   Aristotelin gəldiyi zaman İsgəndər dəliqanlı bir gəncdi.

Ardı var...

Uill Dürant,” Fikir antologiyası“ kitabından

Məlumatdan istifadə etdikdə istinad zəruridir!  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 2)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 1
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.