İnternetdəki saytların sayı açıqlandı » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » İnternetdəki saytların sayı açıqlandı
 
 » Xəbərlər » Həftə içi xəbərlər » İnternetdəki saytların sayı açıqlandı

     
 
Xəbərlər » Həftə içi xəbərlər: İnternetdəki saytların sayı açıqlandı
 
 
Müəllif: Carchi | 18 İyun 2010 | 12127 dəfə oxunub
http://zeka.az/601-dnternetdjki-saytlardn-sayd-agdqlandd.html

İnternetdəki saytların sayı açıqlandı

207 milyona yaxın sayt var

“Netcraft” analitik şirkəti internetdə veb-saytların sayına dair 1 iyun 2010-cu il tarixinə olan vəziyyət üzrə hesabatını açıqlayıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hesabatda cari ilin iyun ayında Qlobal Şəbəkədə 206 956 723 saytın fəaliyyət göstərdiyi qeyd olunur.

Bu ay veb-serverlər qarışıq dinamika nümayiş etdirib. Beş əsas veb-serverlərdən ikisində xidmət göstərilən layihələrin sayı artıb, qalan üç serverdə isə əksinə saytların azalması qeydə alınıb. Son ay ərzində ən iri artım “Google”də müşahidə olunub. “Blogger.com” bloq servisinin artan fəallığı nəticəsində bu serverdə daha 3 milyon sayt yaradılıb. Müsbət artım dinamikasını 1,8 milyon yeni resursla “Microsoft IIS” serveri lz göstərə bilib.

Ən iri mənfi dinamika “nginx” serverində qeydə alınıb. Burada xidmət göstərilən saytların sayı 2,2 milyona düşüb. Dünya üzrə veb-serverlər bazarının 54 faizinə sahiblik edən “Apache” serverində də resurs bazası 871 000 saytadək enib. “Lighttpd” serverinin müvafiq payı isə 0,08 faiz enərək 0,82 faiz olub.

 




 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 6
Robot: 2
Qonaq: 4
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.