Zəhərlə bal olmaq istəyənlər » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 3-ü, şənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » İdman » Zəhərlə bal olmaq istəyənlər
 
 » Sağlamlıq » İdman » Zəhərlə bal olmaq istəyənlər

     
 
Sağlamlıq » İdman: Zəhərlə bal olmaq istəyənlər
 
 
Müəllif: Muslim | 20 İyun 2010 | 12714 dəfə oxunub
http://zeka.az/608-zjhjrlj-bal-olmaq-istjyjnljr.html

Zəhərlə bal olmaq istəyənlər

   İdmançı dedikdə, ilk növbədə insanın zehnində sağlam insan obrazı canlanır. Əfsuslar olsun ki, son zamanlar bu məfhum öz zahirdəki obyekti ilə uzlaşmır. Görəsən, bunun səbəbi nədir? Səbəb təbii yolla yox, qadağan olunmuş vasitələrdən istifadə etmək yolu ilə idmançıların məşhurlaşmağa can atmalarıdır. Məsələn, xəbərlərdə oxuyuruq:

Azərbaycanın iki idmançısında dopinq aşkarlandı.

 Yaxşı bəs xəbərlərdə haqqında danışılan bu dopinq nədir?

Dopinq – (ingiliscə dope – narkotika vermək deməkdir ) qadağan olunmuş farmakoloji vasitə və metodlarla (məsələn, qan köçürülməsi yolu ilə), eyni zamanda analizlərin verilməsindən imtina, yaxud götürülmüş analizlərin dəyişdirilməsi məqsədi ilə yüksək idman nəticələri əldə etməkdir.

Dopinqlə mübarizə sahəsində müasir konsepsiya Ümumdünya Antidopinq Agentliyinin Antidopinq Kodeksinə salınmışdır.   Bu gün qəbul edilib ki, dopinqdən istifadə – normal orqanizmin funksiyasının artırılması üçün yüksək dozada dərmanın, yaxud nəyinsə şüurlu şəkildə yeganə məqsəd üçün – idman yarışlarında müvəqqəti süni fiziki aktivliyin və gümrahlığın artması üçün qəbuludur.

   1993-cü ildə Tibbi komisiya növbəti farmakoloji preparatların istifadəsini qadağan etdi: təhrik edici vasitələr, narkotik, ağrıkəsici, sidikqovucu vasitələr və s.

   Bu qadağalara baxmayaraq, müvəqqəti qələbə naminə idmançıların zərərli maddələrdən istifadə etməsini insan heyrətlə qarşılayır. Axı bu addım nəinki təkcə onların özünə, hətta gələcək nəsillərinə də öz mənfi təsirini qoyur.İdmanda əsl qələbə sağlamlıqdır, sağlamlığa zərbə vuraraq qazanılan qələbə isə keçici şöhrətdən başqa bir şey deyil. Nə çoxdur idman tarixində vaxtilə məşhur olub bu gün heç yada belə düşməyən idmançılar?!

  Özünə zülm edənləri kimsə, xüsusilə də Allah sevmir.

Müslim

Məlumatdan istifadə etdikdə istinad zəruridir!  





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 68
 (səs sayı: 3)
Şərhlər (0) Çap et
 
 

     
  Məlumat  
 
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
 
     

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 8
Robot: 2
Qonaq: 6
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.