İmam Həsən Müctəbadan (ə) » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » Hikmətli sözlər » İmam Həsən Müctəbadan (ə)
 
 » Elm və mədəniyyət » Hikmətli sözlər » İmam Həsən Müctəbadan (ə)

     
 
Elm və mədəniyyət » Hikmətli sözlər: İmam Həsən Müctəbadan (ə)
 
 
Müəllif: Admin | 6 Sentyabr 2009 | 12358 dəfə oxunub
http://zeka.az/61-304mam-h601s601n-m252ct601badan-601.html

   BİSMİLLAHİR RƏHMANİR RƏHİM

           Bir kişi İmam Həsən Müctəbadan (ə) hacətini istədi. İmam (ə) söykənib oturmuşdu. Düzəlib buyurdu: “Peyğəmbər (s) buyurub ki, hər kəsi özünəməxsus yerdə oturdun (yəni hər kəslə onun səviyyəsinə uyğun rəftar edin).

           Mən indi səndən üç sual soruşacağam. Əgər cavab verə bilsən sənə üç yüz dinar verəcəyəm”. Dedi: “Soruşun, Allahın qüdrətindən başqa bir qüdrət yoxdur”. Buyurdu:

           -Kişinin bəzəyi nədir?

           -Helmlə birlikdə olan elm.

           -Əgər olmasa?

           -Təqva ilə birlikdə olan kərəm.

           -Əgər o da olmasa?

           -Səbr ilə birlikdə olan fəqirlik.

           -Əgər o da olmasa?

           -Göydən bir atəş gəlib dəri və sümüklərini yandırıb kül etsin.

           Həzrət təbəssüm etdi və dediyinin iki bərabərində ona pul verdi.         

           Bir nəfər həzrət İmam Həsənə (ə) ərz etdi: “Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin.” Buyurdu: ”Beş işi  yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et: Allahın ruzisini yemə; elə bir gizli yer tap ki, Allah  səni orada görməsin; Allahın qüdrət və hakimiyyətindən kənara çıx; Əzrail gələn zaman  onu özündən uzaqlaşdır və cəhənnəmin məmuru  səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər  bu işləri yerinə yetirmə qütrətinə maliksənsə hər nə qədər istəyirsən günah et.”





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.