ADY cənub bölgələrinə hərəkəti bərpa edir » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 11-i, bazardır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » ADY cənub bölgələrinə hərəkəti bərpa edir
 
 » Xəbərlər » Həftə içi xəbərlər » ADY cənub bölgələrinə hərəkəti bərpa edir

     
 
Xəbərlər » Həftə içi xəbərlər: ADY cənub bölgələrinə hərəkəti bərpa edir
 
 
Müəllif: Carchi | 20 İyun 2010 | 12244 dəfə oxunub
http://zeka.az/611-ady-respublikandn-cjnub-bglgjljrinj-hjrjkjti-bjrpa-edir.html

"Azərbaycan Dəmir Yolları" respublikanın cənub bölgələrinə hərəkəti bərpa edir

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dəmir yolunun Şirvan  - Astara hissəsində hərəkətin bərpa edilməsi üzrə təmir işlərinə başlayıb. Bu il mayın 9-da Kür çayında suyun qalxması nəticəsində, həmin ərazidə hərəkət dayandırılıb. Bu barədə bazar ertəsi QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun dediyinə görə, QSC gücləndirilmiş iş rejimində işləyir.

Hazırda Osmanlı - Azadkənd mənzilində dəmir yolu bərpa edilib. Bunun üçün 120 vaqon çınqıl gətirilib.

Su səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun 15-ci kilometrində, Azadkənd - Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində subasmanın qarşısını almaq və suyu digər istiqamətə ötürmək üçün dəmir yolu yatağı 5 yerdən yarılıb. Sonradan yarılan yol yatağı xeyli genişlənmiş, həmin istiqamətdə 23 kilometrə yaxın yolun torpaq yatağı çökməyə məruz qalıb.

Ümumilikdə təmir-bərpa işləri çərçivəsində yolun 54-cü kilometrliyində 133 metrlik körpünün zədələnmiş tağlarının dəyişdirilməsi, üst quruluş elementlərinin  quraşdırılması, 23 km məsafədə torpaq yatağında yaranmış birtərəfli yatmaların ləğv olunması, hər birinin uzunluğu 10,5 metr, diametri 1,78 metr olan 6 ədəd metal borunun qoyulması nəzərdə tutulub.

Həmçinin, 38 kilometr uzunluğunda rabitə və 2 kilometr uzunluğunda siqnal kabellərinin və 8 kilometr məsafədə hava rabitə xəttinin yıxılmış ağac dirəklərinin dəyişdirilməsi həyata keçiriləcək.

Bu işlərlə yanaşı, təbii fəlakət zonasına 1 200 vaqon çınqıl, dəmir-beton məmulatları və iri daşlar göndərilib.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 3
Robot: 1
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.