Bilirsinizmi?... » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?...
 
 » Elm və mədəniyyət » İxtiralar və kəşflər » Bilirsinizmi?...

     
   
 
Müəllif: Admin | 6 Sentyabr 2009 | 12668 dəfə oxunub
http://zeka.az/62-bilirsinizmi.html

KİMYA

*Kimyadan söz düşəndə hamıdan əvvəl Cabir bin Həyyan yada düşür. O, kimya elmində qazandığı nailiyyətlər baxımından Pristli (1733-1804) və Lavuazyedən (1743-1794) də üstündür. Cordano onu dünyanın on iki dahisindən biri hesab etmişdir. Cabir əsrlərlə bundan əvvəl qurduğu xüsusi laboratoriyada apardığı tədqiqatlar nəticəsində bir çox kimyəvi  turşuları kəşf etmişdir.

*Həkimliyi qədər də böyük kimyagər olmuş Razi sulfit turşusunu, saf spirti kəşf etmişdir.

*Bəşir adlı müsəlman alim fosforu avropalı Brantdan xeyli əvvəl tapmışdır.

*Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər. Havan topu Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir.

COĞRAFİYA

*Coğrafiyanın bir elm kimi ortaya çıxmasına təkan verənlər də müsəlmanlardır. Dünyanı qarış-qarış dolanmış övliya Çələbi (1611-1682) və  29 il ərzində ölkələri, qitələri gəzmiş İbn Bəttutənin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridır.

*Biruni  indiki  Amerikanın yerində torpaq olduğunu əsrlərlə öncə xəbər vermişdir. Piri-Rəis (1465-1554) də öz “Kitabi Bəhriyyə”sində Amerikanın varlığından bəhs etmişdir.

*Basko da Qama (1450-1554) adlı şəxsə dünya səyahətində İbn Məcid (XV) adlı bir müsəlman dənizçi yol göstərmişdir.

*İdrisi (1100-1166) 850 il bundan əvvəl müasir dünya xəritələrinə bənzər bir xəritə çəkmişdi. Piri-Rəisdən 52 il əvvəl Mürsiyəli İbrahim tərəfindən çəkilmiş Aralıq dənizi xəritəsi müasir ölçülərə tamamilə uyğundur.

BOTANİKA VƏ ZOOLOGİYA

*Orta əsrlərin ən böyük botaniki və əczaçısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş, həmin əsər on altıncı əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur.

*Dəmiri adlı alim (1349-1405) heyvanlar aləminin incəlikləri barədə yazdığı “Həyatul-həyəvan” əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir. İbn Əvvamın (on ikinci əsr) kənd təsərrüfatına aid kitabları da orta əsrlərdə məşhur olmuşdur.

TARİX VƏ MEMARLIQ

*Tarixşünaslığın ən görkəmli simalarından biri olmuş İbn Xəldun (1332-1406) sosiologiya elminin qurucusu kimi xatırlanır. O, öz əsərləri ilə bir çox Qərb alimləri üçün yol açmışdır.

*Memarlıqdan söz düşərkən, hamıdan əvvəl ölümsüz əsərləriylə yaşayan Memar Sinan (1489-1588) yada düşür.





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 2)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.