Ailənin təşkil olunması » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 8-i, cümə axşamıdır.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Sağlamlıq » Psixologiya » Ailənin təşkil olunması
 
 » Sağlamlıq » Psixologiya » Ailənin təşkil olunması

     
 
Sağlamlıq » Psixologiya: Ailənin təşkil olunması
 
 
Müəllif: Zaur | 7 Sentyabr 2009 | 13079 dəfə oxunub
http://zeka.az/63-ail601nin-t601351kil-olunmasi.html
alt


Ailənin təşkil olunmasi

Bu rubrikamızda ailənin təşkil edilməsinin fərdi və ictimai həyatda zəruriyyətini açıqlamazdan əvvəl insanın müxtəlif ehtiyaclarını araşdıracaq, sonra bu ehtiyacların təmin edilməsində ailənin rolunu izah edəcəyik.                                               

İNSANIN EHTİYACLARI VƏ AİLƏNİN BU                                                                                              EHTİYACLARIN TƏMİN OLUNMASINDAKI ROLU

İnsan yarandığı gündən ömrünün sonunadək ehtiyac içində olan bir varlıqdır. Zamanın çoxunu bu ehtiyacların ödənməsinə sərf etməli olur, çünki bir ehtiyac təmin edildikdən sonra digəri ortaya çıxır. Bu ehtiyaclar insanın təlaş və həyəcanlarını hərəkətə gətirir. Ehtiyaclar müxtəlif olur: onların bir qismi insanın cismani həyatına və bədəninə aiddir ki, elə bu ehtiyacların ödənməsi sayəsində insan diri qalır. Uşaq dünyaya gəldikdən sonra qida, bədənin qorunması, dincəlmək və s. onun həyatının zəruriyyətinə çevrilir və bu zəruriyyət ömrünün sonunadək davam edir. Bəzi ehtiyaclar isə uşaqlıq dövrü bitdikdən sonra, yəni yetkinlik (həddi buluğ) yaşına yetişdikdə meydana çıxır ki, bu da cinsi ehtiyaclardır. Bu ehtiyac, təqribən insanla heyvan arasında müştərək olan bir ehtiyacdır, həmçinin insan cəmiyyətlərinin mədəniyyət və mühitləri bu ehtiyacların özünü necə büruzə verməsində və onların təmin edilməsində təsirə malikdir.

İnsanın həyat ehtiyacları yaxşı şəkildə təmin olunsa (yəni yaxşı məişət qursa) əmin-amanlıq ehtiyacı adı altında olan digər ehtiyac məcmuəsi ortaya çıxır. “Əmin-amanlıq ehtiyacları”ndan bəziləri göstərilənlərdən ibarətdir: Sabitlik; qorxu, nigarançılıq və kədərdən uzaq olmaq; qüdrətli bir himayəçiyə sığınmaq və s. Bu hissləri uşaqlarda daha çox müşahidə etmək olur. Məsələn: onlar hündürlükdən düşmək kimi təhlükələrlə, yaxud çox səs-küylə, güclü işıqla və ya ana qucağından ayrılmaq kimi hallarla üzləşdikdə dəhşətə gəlirlər. Buna görə də azyaşlı və çoxyaşlı uşaqlar məhdud anlayış çərçivəsində asudəlik və nizam-intizamlı bir dünya ardınca düşürlər.

Məişət (yaşayış) və əmin-amanlıq ehtiyacları kifayət şəkildə təmin edildikdən sonra eşq və məhəbbətə ehtiyac özünü göstərməyə başlayır. Bu zaman şəxs valideynin, ömür-gün yoldaşının, övladların varlığına ehtiyac duyur və insanlarla dostluq əlaqəsi qurmanın aclığını yaşayır. Bu ehtiyac bizi gözlənilmədən evimizdən, ailəmizdən, dostlarımızdan və qonşularımızdan ayırdıqları zaman öz əhəmiyyətini daha çox büruzə verir. Müasir dövrdə texniki inkişafla əlaqədar yaranan ictimai dəyişkənliklər insanların qarşılıqlı mehriban münasibətlərinə çox ciddi zərər yetirmişdir. İnsanların məhəbbətə duyduqları ehtiyaca göstərilən diqqətsizlik onlardakı psixoloji problemləri yaradan amillərdən biridir və bütün psixoloqlar bunun (məhəbbət ehtiyacına göstərilən diqqətsizliyin) çox mühüm bir psixoloji problem amili olduğunu təsdiqləyirlər.

Ehtirama, başqa ibarətlə desək: müsbət dəyərləndirməyə duyulan ehtiyac da mühüm ehtiyaclardandır. Bu ehtiyacın təmin edilməsi nəfsin izzəti (özünə hörmət-mənliyini dəyərləndirmə) adı altında qeyd olunur və onu təmin etmək özünə inam, ləyaqət, özünə dəyər verib səmərəli olmaqla nəticələnir. Bu ehtiyacın təmin olunmasına göstərilən etinasızlıq özünü əlacsız, zəif və məyus hiss etməyə gətirib çıxarır. Bu ehtiyaclar içərisində ən yüksəkdə fərdin (şəxsin) potensiyasına və istedadlarına inam ehtiyacı dayanır. Daha bir ehtiyac - ən çox uşaqlıqda özünü göstərən dərk etmək və başa düşmək meylidir. Bu ehtiyac insanı məsələlərin dərkinə və varlıq aləmindəki sirlərin kəşfinə vadar edir.

Bütün diqqətini insanın yaşayış (məişət) ehtiyaclarına yönəldib bu ehtiyacları təbəqələrə bölən Mozellonun fikirləri qərb psixologiyasında təkanverici rol oynadı. O, insan ehtiyaclarına aid yeni bir nəzəriyyə irəli sürdü. O, insanpərəst bir psixoloq olsa da, insanın Allahla rabitəsini (əlaqəsini) nəzərdən qaçırmışdır. Halbuki, tarix boyu insanın psixologiyasına təsir qoyan ən əsas amillərdən biri onun Allahı aramasıdır. Varlıq aləminin yaradıcısını tanımağa, ona pərəstiş etməyə, ona sığınmağa duyulan ehtiyac bütün həyat səhnələrində görünməkdədir və həyatda çətinliklərlə üzləşdikcə, bu ehtiyac, özünü daha çox büruzə verir. İlahi kitabımız olan Quranın ayələri də bu ehtiyacı, onun fitri olmasını izah edərək bu ehtiyacın heç vaxt dəyişməyəcəyini elan edir (“Rum” surəsi, 30-cu ayə). Bütün maddi səbəblər və yollar tükəndikdə, şəxs öz batinində maddi olmayan və bütün qüvvələri əhatə edib onlardan üstün olan bir qüvvəyə üz tutur. Sözsüz ki, bütün ehtiyacların təmin edicisi olduğu kimi, bu ehtiyacın, daha doğrusu psixoloji halətin bir təmin edəni vardır ki, o da bir olan Allahdır.

Beləliklə, Mozellonun “Ehtiyaclar silsiləsi”ndə bəyan etmiş olduğu həyati və psixoloji ehtiyaclardan əlavə daha ali bir ehtiyac vardır ki, onun düzgün şəkildə təmin edilməsi şəxsin öz həyatında müvəffəqiyyət qazanmasına səbəb olur. Hətta həyatına aydınlıq gətirib, bütün rəftar və fəaliyyətinin vahid bir cəhətə yönəlməsinə imkan yaradır.  

Artıq deyildiyi kimi, insanın ehtiyaclarının düzgün təmin edilməsi onun cisim və psixoloqiyasının sağlam qalmasına təsir qoyur. Adətən, böyük ehtiyaclar kiçik ehtiyaclar təmin edilməzdən öncə yaranır. İnsanın ehtiyaclarının təmin edilməsi onu ictimai həyata sövq edir. Psixoloji və ictimai həyatın zəruriyyəti hesab olunan ailə rifahın (asudə yaşayışın) ən münasib vasitəsidir. Zaman keçdikcə ailə hüquqları və ənənələrinin daha da kamilləşməsinə baxmayaraq, onun əsas rolu bəşəriyyətin müxtəlif ehtiyaclarını təmin etmək olmuşdur.

Hər bir körpə insan dünyaya göz açan digər körpə canlılar kimi diqqətə və qorunmağa möhtacdır. Bundan əlavə, insanın inkişaf dövrü çox uzun illər ərzində həyata keçir, halbuki, bir çox canlıların xüsusilə də məməli heyvanların inkişafı qısa müddətdə. Hər bir fərdin valideyni öz övladının ehtiyaclarını təmin etməyə daha çox meyl göstərir, hətta öz həyatı üçün zəruri olanları övladının ehtiyacının təmin olunması yolunda qurban verir.

Ailə münaqişələri, məhəbbətdən uzaqlıq, boşanma, ailə üzvlərindən birinin ölümü və s. uşağı dəhşətə gətirir. Uşağın tənbeh olunmasında valideynin ona göstərdiyi sərt münasibət, qəzəb, pis rəftar, onu cismən tənbeh etmək (döymək) - uşağı nəticəsi bədən ağrılarından daha pis olan qorxu və iztiraba düçar edir. Uşağın yeddi aylığında ayrılıq iztirabı onda formalaşır, ananın qucağına sığınmayanadək bu iztirab sovuşmur. Valideyn, xüsusilə də uşağın çox bağlandığı ana-uşaqla lazımı əlaqəni yarada bilməzsə, uşağın həyacan və iztirabı illərlə təmin edilməmiş qalar.

Ürək bağlılığına olan ehtiyac ailədə ən yaxşı şəkildə təmin edilir. Hətta bəziləri insanlar arasındakı ülfətin və bağlılığın mənşəyini ailə üzvləri arasında olan ülfət və bağlılıqda axtarırlar. İnsan övladının başqaları ilə qaynayıb qarışmağa fitri bir meyli vardır. Övladın başqaları ilə qaynayıb qarışmasına cəlb olunmasında valideynin xüsusiyyətləri əhəmiyyət kəsb edir. Övladla valideyn arasında olan əlaqənin keyfiyyəti bu əlaqənin zaman müddətindən daha çox, ülfət və ünsiyyət məsələsində rol oynayır. Valideynin övladın həssaslığına, rəftarına verdiyi qarşılıqlı cavab onunla həmahəngliyi, zövq verən dostluğu-ülfəti yaradan mühüm amillərdən  biridir.

Ailə mühitində tərbiyə alan uşaqlarla bu mühitdə tərbiyə almayan uşaqlar arasında fərq vardır. Onlar məktəb və cəmiyyətdə daha çox problem yaradır, bəzən yaddaş və dərk nöqteyi-nəzərindən zəif də olurlar.

Özünə verilən müsbət dəyər və ehtirama duyulan ehtiyaclar uşaqlıqdan ailədə yaxşı şəkildə təmin edilməlidir. Özünə verilən müsbət dəyər aşağıdakı amillər vasitəsilə uşaqda formalaşır ki, burada da valideynin rolu özünü büruzə verir:

Uşağın başqaları tərəfindən göstərilən diqqət, deyilən tərif və bəslənən məhəbbətdən  aldığı dəyər.

Müvəffəqiyyətlə yanaşı olan təcrübə.

Uşağın uğur və məğlubiyyətindən bəhs etmək.

Onun mənfi əksə-təsirlə, yaxud başqalarının tənqidi ilə üzləşmə üsulu.

Bunlardan əlavə, valideynin özünə qarşı mühakimə dəyəri də böyük əhəmiyyət kəsb edir, çünki üşaq daim onların həyat problemləri qarşısındaki rəftar və ləyaqət ölçüsünü müşahidə edir. Nəhayət, ailədə uşağın hər yöndən qəbul edilməsi, onun bacarığını qüvvətləndirməsi, zəif cəhətlərinin böyüdülməməsi uşağın özünü müsbət dəyərləndirməsi üçün zəmin yaradır. Başqa ibarətlə desək: Ailə uşağın özünə inamını inkişaf etdirən ən birinci və mühüm ocaqdır.      





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

  • 85
 (səs sayı: 3)
 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 4
Robot: 2
Qonaq: 2
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.