Dünya fizikləri Azərbaycanda » Zəka ağlın güzgüsüdür -> zeka.az
Geri Ana səhifə İrəli Hörmətli qonaq!
Sizi saytımızda salamlayırıq.
Bu gün 2016-cı il, dekabrın 7-si, çərşənbədir.
İmkanlarımızdan tam istifadə etmək üçün lütfən qeydiyyatdan keçin!
www.zeka.azE-Mail: zeka-az@box.az
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya fizikləri Azərbaycanda
 
 » Xəbərlər » Həftə içi xəbərlər » Dünya fizikləri Azərbaycanda

     
 
Xəbərlər » Həftə içi xəbərlər: Dünya fizikləri Azərbaycanda
 
 
Müəllif: Carchi | 25 İyun 2010 | 12480 dəfə oxunub
http://zeka.az/631-dgnya-fizikljri-azjrbaycanda.html

Dünya fizikləri Azərbaycanda

Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans keçiriləcək

27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 30 ildən artıq hər iki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda keçiriləcək.

Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər. Konfransın Bakıda keçirilməsinə razılıq əldə etmək Fizika İnstitutunun alimlərinin böyük zəhməti nəticəsində başa gəlib. Tədbirdə iştirak etmək üçün Bakıya Rusiya, Yaponiya, Almaniya, Fransa, Avstriya, ABŞ, İsveç, İspaniya və bir çox digər ölkədən tanınmış fiziklər təşrif buyuracaqlar. Konfransda üçqat və daha mürəkkəb yarımkeçirici birləşmələrlə bağlı, eləcə də fizika, kimya, materialşünaslıq, maşınqayırma və digər istiqamətləri əhatə edən mövzular müzakirə olunacaq





 
Hörmətli istifadəçi, Siz sayta qeydiyatsız daxil olmusunuz. Xahiş edirik qeydiyyatdan keçin və ya öz istifadəçi adınızla sayta daxil olun.

 Çap et
 
 

Geri Ana səhifə İrəli
       
       
   Cəmi: 5
Robot: 2
Qonaq: 3
İstifadəçi: 0
İstifadəçilər: - yoxdur
Page Rank

Yazılardakı fikirlər üçün sayt rəhbərliyi məsuliyyət daşımır.